Əli Həsənov: "Azərbaycanda vətəndaş cəmiyyəti institutları sərbəst fəaliyyət göstərir"
“Azərbaycanda 1995-ci ildən baş tutan seçkilər çoxpartiyalı sistem əsasında şəffaf formada keçirilib”.
22 İyun 2018 22:02 Siyasət"Azərbaycanda 1995-ci ildən baş tutan seçkilər çoxpartiyalı sistem əsasında şəffaf formada keçirilib".
Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi münasibətilə keçirilən yubiley mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının bərqərar olması həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri olub: "Ölkədə QHT institutları sərbəst fəaliyyət göstərir. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə QHT hərakatına dəstək verildi".
Ə.Həsənov həmçinin vurğulayıb ki, ölkədə azad media formalaşıb.
Report