İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik etdi
22 İyun 2018 17:32 SiyasətPrezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Əlahəzrət, Lüksemburqun milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31