"Arabo" erməni batalyonu necə məhv edilib?
Xocalıda, Qaradağlıda dinc əhalini xüsusi amansızlıqla qətlə yetirən, lakin 30-40 nəfərlik Gəncə batalyonu tərəfindən məhv edilən ermənilərin "Arabo" batalyonu 1989-cu ildə İrəvanda Livan, Fələstin, Suriya, Fransadan gələn erməni milliyətçilri tərəfindən yaradılıb. İlk vaxtlat "Qaragin NJDE" adı ilə fəaliyyət göstərib. Daha sonra adı dəyişdirilərək "Arabo" qoyulur.
21 İyun 2018 15:44 SiyasətXocalıda, Qaradağlıda dinc əhalini xüsusi amansızlıqla qətlə yetirən, lakin 30-40 nəfərlik Gəncə batalyonu tərəfindən məhv edilən ermənilərin "Arabo" batalyonu 1989-cu ildə İrəvanda Livan, Fələstin, Suriya, Fransadan gələn erməni milliyətçilri tərəfindən yaradılıb. İlk vaxtlat "Qaragin NJDE" adı ilə fəaliyyət göstərib. Daha sonra adı dəyişdirilərək "Arabo" qoyulur.
Olaylar.az "Belə belə işlər"ə istinadən bildirir ki, "Arabo" 19-cu əsrdə türklərə qarşı törədilən qırğınların rəhbərlərindən biri, erməni millətçisi Stepanos Mxitaryanın ləqəbi olub. "Arabo" batalyonunda "Ded" ləqəbi ilə tanınan Simon Açikgözyan, Manvel Yeğiazaryan və M.Mirzoyan rəhbərlik edib.
1992-ci ilin fevralında Qaradağlıda 117 nəfərin öldürüldüyü, 119 nəfərin əsir götürüldüyü soyqrımın, 1992-ci ilin fevralında Xocalı soyqrımını törədənlərin əksəriyyəti də məhz "Arabo" olub.
Malıbəyli, Quşçular, Fərrux, Şuşa, Laçın, Ağdərə rayonlarının işğalında da "Arabo" nun xüsusi xidmətləri olub.
818 saylı Gəncə batalyonunun komandanı Mehman Ələkbərovun döyüşçüləri Tərtərdə, Ağdərədə ermənilərə qarşı bir neçə əməliyyat təşkil edir. Həsənqayada Mehmana "Arobo" barədə məlumatlar gəlir. Gecə saatında ermənilər hücuma keçirlər. Gəncə batalyonunun 30 - 40 nəfər döyüşçüsü erməniləri mühasirəyə alır. Mehman Ələkbərov pulmeyotla "Qaz 66" maşınının üzərinə çıxaraq dayanmadan ermənilər atəş açmağa başlayır. 2-3 saat davam edən döyüşdə "Arabo"nun 160-dan çox döyüşçüsü məhv edilir. Azərbaycan batalyonu isə heç bir itki vermir.
Hadisədən sonra Ermənistanda 3 günlük matəm elan olunur və Mehmanın başına külli miqdarda pul mükafatı qoyulur. Mehman Ələkbərov öz batalyonu ilə birlikdə Şuşa, Laçın, Füzuli döyüşlərində də iştirak edib.
1993-cü il 4 iyunda Gəncə qiyamı zamanı Mehman Ələkbərov əlində ağ bayraqla atəşi dayandırmağa çalışsa da, ona atılan 18 gülləylə 36 yaşında şəhid olub.
2008-ci ilə qədər "Arabo" batalyonu Ermənistanda itkin hesab olunudu. Batalyon üzvlərinin meyitlərinin videoyazısı yayıldıqdan sonra "Arabo"nu Gəncə batalyonun məhv etməsi öz əksini tapdı.