Dünyada hegemoniya qurmaq istəyən qaranlıq güc mərkəzlərinə məxsus ideologiyalardan biri də "açıq cəmiyyət institutu"dur

Ramiq Vəliyev: "Əsas məqsəd "şəffaflıq" adı altında ölkələr üzərində hegemonluq qurmaq, ölkələrin öz xalqlarından istifadə edərək gizli və açıq inqilablar həyata keçirməkdir"

Son vaxtlar Açıq Cəmiyyət İnstitutu Yardım Fondu barədə dünya KİV-lərində dərc edilən yazılar,məqalələr yenidən bu təsisatın fəaliyyətini gündəmə gətirib. Onsuz da fəaliyyətində müşahidə edilən neqativliklər, ayrı-ayrı ölkələrin idarəçiliyinə təsiretmə cəhdindən dolayı haqlı olaraq tənqid edilən və bir sıra ölkələrdə fəaliyyəti qadağan olunan Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (SOROS) əslində şəffaflıq, demokratiya adı altında antidemokratik hərəkətlər və qeyri-şəffaf fəaliyyətlə məşğul olduğu üzə çıxır. Elə bu səbəbdən də onun fəaliyyəti artıq mütləq əksəriyyət tərəfindən tənqid olunur.

Elə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev də Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun qeyri-şəffaf fəaliyyətlə məşğul olduğu qənaətindədir. O, bildirib ki, əslində sözügedən qurumun fəaliyyətinə diqqətlə nəzər yetirdikdə onun iç üzü ortaya çıxır. İctimai Birlik sədri təəssüf hissi ilə qeyd edib ki,  hələ də Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun fəaliyyətini yersiz olaraq təbliğ edən, onun "demokratiya", "şəffaflıq" şüarlarını Quran ayəsi kimi qəbul edənlər var: " Bir neçə gündür ki, youtube üzərindən yayımlanan kanallarının birində "Açıq cəmiyyət" ideologiyasının ölkələr üçün fayadalı olması müzakirə edilirdi. "Şəfaflıq", "demokratiya" kimi "sehrli" sözlərlə bəzədilmiş bu ideologiya həqiqətən də cəmiyyətlər üçün faydalıdırmı? Gəlin qulağa xoş gələn bu şüarlarla ortaya çıxan "Acıq cəmiyyət" ideologiyanın iç üzünə birlikdə nəzər salaq. Dünyada hegemoniya qurmaq istəyən qaranlıq güc mərkəzlərinə məxsus ideologiyalardan biri də "açıq cəmiyyət institutu"dur. Bu ideologiyanı müdafiə edənlərin iddialarına görə, açıq cəmiyyət anlayışı tətbiq edildikdə azadlıq və demokratiyanı əsas götürən, zorakılığa qarşı tolerant olan şəffaf dövlət ortaya çıxır. Ancaq buradakı əsas məqsəd "şəffaflıq" adı altında ölkələr üzərində hegemonluq qurmaq, "narıncı", "məxməri" kimi adlarla yumşaldılmağa çalışılan qiyam, üsyan və inqilablara şərait hazırlamaq, ölkələrin öz xalqlarından istifadə edərək gizli və açıq inqilablar həyata keçirməkdir. Yüxarıda sadalananlar açıq cəmiyyət ideologiyasının əsasını təşkil edir. Bu ideologiya sülh və azadlıq görüntüsü ilə strateji ölkələrə daxil olur və daxil olduğu ölkələrdə üsyan, iqtisadi böhran, qeyri-sabitlik hakim olur".

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri onu da vurğulayıb ki, bunun ən dəhşətli nümunələrindən biri, təsiri hələ də davam edən ərəb baharıdır. İctimai Birlik sədrinin sözlərinə görə, Türkiyədə də "Gəzi hadisələri" daxil olmaqla həyata keçirilən və ya hazırlıq mərhələsində dayandırılan hadisələrdə açıq cəmiyyət ideyası daim arxa planda idi: "Açıq cəmiyyət nəzəriyyəçiləri ideologiyalarını formalaşdırarkən aldadıcı "azadlıq və demokratiya" sözlərindən istifadə edir və açıq cəmiyyət konsepsiyası azadlıq və demokratiyanın vacib şərti kimi təqdim olunur. Bəzi beyin mərkəzləri "açıq cəmiyyət" adı altında saysız-hesabsız görüşlər keçirir, hesabatlar hazırlayırlar. Himayələrində olan media quruluşları isə açıq cəmiyyət ideyasını hər fürsətdə tərifləyir və "qabaqcıl ölkə olmaq üçün açıq cəmiyyətin nə qədər əhəmiyyətli olduğunu" izah edirlər.Açıq cəmiyyətin nə demək olduğunu isə heç kim bilmir. Amma intellektual görünmək və demokratiya müdafiəçisi kimi qəbul edilmək bunu tələb etdiyi üçün dillərdən düşmür. Azadlıq və demokratiya, şübhəsiz, çox mühüm iki anlayışdır və bu anlayışlar məhz Quranda müdafiə edilən və ən mükəmməl şəkildə Quranda təsvir edilən anlayışlardır. Ona görə bu anlayışların müdafiəçisi və qoruyucusu olmaq biz müsəlmanlar üçün ülvi vəzifədir. Buradakı izah etmək istədiyimiz məqam dünya hegemonyası qurmaq istəyən dərin güclərin azadlıq və demokratiya kimi iki mühüm anlayışı öz hiyləgər məqsədləri üçün istifadə etməsidir. Onların ölkələr qarşısında qoyduqları tələblər yerinə yetirilmədiyində, həmin ölkələr və ya ölkə liderlərini asanlıqla demokratiya və azadlıq əleyhdarı elan edirlər". Ramiq Vəliyev deyib ki, açıq cəmiyyət ideyasını ortaya atan insan avstriyalı ingilis filosof Karl Raimund Popperdır: "Popper gənclik illərində marksist fəlsəfəni qəbul etmiş və Avstriya Sosial Demokrat Fəhlə Partiyasına üzv olub. Bəzi dostlarının silahlı münaqişədə həlak olmasından sonra marksizmdən üz çevirdiyi bildirilir. Popper 1937-ci ildə Yeni Zelandiyaya köçmüş və burada bütün dünyada tanınmasına səbəb olan "Açıq Cəmiyyət və onun düşmənləri" əsərini yazıb. 1946-cı ildə İngiltərəyə köçərək İngiltərə dərin dövlətinin xüsusi əhəmiyyət verdiyi London İqtisad Məktəbində (London School of Economics) işə başlayıb. London Universitetinin də professoru olan Popperə kraliça II Yelizaveta tərəfindən 1965-ci ildə cəngavər titulu verilib, 1982-ci ildə isə "Şərəf Dostu" ordeni ilə mükafatlandırılıb. Popperdən sonra açıq cəmiyyət ideologiyasının icraçısı kimi qarşımıza çıxan ad Corc Sorosdur. Soros, Popperin təhlükəli ideologiyasını dövrümüzə uyğunlaşdırıb və "rəngli inqilablar" adı altında dünyaya tənəzzül və parçalanma gətirən qiyamların təşkilatçısı olub".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31