Nazir İnam Kərimov Şəkidə vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 22-də Şəki şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qax, Şəki, Zaqatala, Oğuz və Balakən rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə məlumat "OLAYLAR"-a Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsindən daxil olub. Bildirilib ki, görüşdə iştirak etmək istəyənlər Şəki  şəhər Kənd Təsərrüfatı İdarəsinə  müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi" (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31