Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb
Ermənistan silahlı bölmələrinin cəbhənin Qazax rayonu istiqamətində atəşkəsi pozması nəticəsində yerli sakin güllə yarası alıb.
15 İyun 2018 21:22 SiyasətErmənistan silahlı bölmələrinin cəbhənin Qazax rayonu istiqamətində atəşkəsi pozması nəticəsində yerli sakin güllə yarası alıb.
1990-cı il təvəllüdlü Quşçu Ayrım kənd sakini Ağamalıyeva Gulanə Aqif qızı dərhal yaxınları tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.
İlkin məlumatlara görə, hadisə G.Ağamalıyeva heyvanları gətirmək üçün həyətdən çıxıb gedən zaman baş verib. O, sol ayaq pəncəsindən yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31