İlham Dadaşov nazir müşaviri təyin olundu

Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinə azərbaycanlı müşavir təyin olunub.

Ukraynanın Energetika və Kömür Sənayesi Nazirliyinə azərbaycanlı müşavir təyin olunub.

Nazir İqor Nasalikin imzaladığı sərəncamla İlham Dadaş oğlu Dadaşov nazirin müşaviri təyin edilib.

1961-ci ildə Azərbaycanın Saatlı rayonunda doğulan İ. Dadaşov 1987-ci ildən Ukraynada yaşayır. O, qeyd olunan sahə üzrə müxtəlif dövlət müəssisələrində çalışıb. İ. Dadaşov biznes fəaliyyəti ilə də məşğul olub, neft-qaz sahəsində bir sıra layihələr həyata keçirib.

Evlidir, 4 övladı var.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31