Mübariz Qurbanlı Gədəbəydə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
14 İyun 2018 14:01 SiyasətAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
"OLAYLAR"-a Dövlət Komitəsindən daxil olan məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 21-də Gədəbəydə Şəmkir, Ağstafa, Gədəbəy, Qazax və Tovuz rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Gədəbəy rayon Heydər Əliyev Mərkəzində saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.