AŞPA Azərbaycan üzrə yeni həmməruzəçi təyin edəcək
13 İyun 2018 13:39 SiyasətAvropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq.
Məlumata görə, iclas iyunun 28-də AŞPA-nın iyunun 25-29-da keçiriləcək yay sessiyası çərçivəsində baş tutacaq.
Monitorinq komitəsinin iyunun 26-da keçiriləcək iclasında isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yerinə qurumun Serbiya üzrə həmməruzəçi təyin olunacaq. (apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31