Azərbaycan Ukraynanı Cənub Qaz Dəhlizi layihəsində iştiraka dəvət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində görüşü olub.
12 İyun 2018 18:31 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində görüşü olub.
Bu barədə TANAP layihəsinin açılışında iştirak etmək üçün Türkiyədə - Əskişəhərdə səfərdə olan hər iki ölkə prezidentinin ikitərəfli görüşü ilə bağlı Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir. Açıqlamada bildirilir ki, tərəflər . Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində keçiriləcək Ukrayna-Azərbaycan Prezidentlər Şurasının 6-cı iclasına hazırlığı müzakirə ediblər. Ölkə başçıları bütün səviyyələrdə Ukrayna-Azərbaycan dialoqunun aktivləşdiyini bildiriblər. İqtisadi məsələlərə dair Ukrayna-Azərbaycan hökumətlərarası birgə komissiyasının Kiyevdə keçiriləcək iclasına hazırlıq kontekstində ticarət dövriyyəsi ilə bağlı ötən ilin yekunlarına aid rəqəmlərdə nəzərəçarpacaq artımın müşahidə edildiyi qeyd olunub. Prezidentlər hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəyişməz dəstəyi vurğulayıblar. Görüşdə energetika sahəsində gələcək əməkdaşlığın dərinləşməsinə xüsusi diqqət yönəlib. Azərbaycan prezidenti İlham Əliyev Ukraynanı Cənub Qaz Dəhlizi layihəsində iştiraka dəvət edib.Tərəflər gələcək faydalı əməkdaşlığın Türkiyə-Azərbaycan-Ukrayna formatında da davam etdirilməsinə dair razılıqlarını ifadə ediblər.
Prezident İlham Əliyev həmçinin BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə də görüşüb.