Dünyanın gözlədiyi görüş başladı - Video+Fotolar
12 İyun 2018 07:03 SiyasətŞimali Koreya lideri Kim Çen İnlə ABŞ prezidenti Donald Trampın çoxdan gözlənilən Sinqapur görüşü başlayıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, "Kapella" hotelində baş tutan sammitdə Kimlə Donald mehribancasına salamlaşaraq bir-birlərinin əlini sıxıblar.
"Bu, mənim üçün böyük şərəfdir. Şübhəm yoxdur ki, bizim çox gözəl əlaqələrimiz olacaq", - Tramp görüş zamanı belə deyib.
Kim Çen isə öz növbəsində Pxenyanla Vaşinqtonun aralarındakı bütün problemləri aşacaqlarına ümid etdiyini deyib:
"Baxmayaraq ki, keçmiş bizim bir-birimizi eşitməyimizə və görməyimizə mane olurdu, bura problemlərin öhdəsindən gəlmək üçün təşrif buyurmuşuq".
Görüşün 45 dəqiqə davam edəcəyi bildirilir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31