FHN Akademiyasının əməkdaşları təltif edilib - SİYAHI
11 İyun 2018 18:30 SiyasətPrezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində peşəkar milli kadrların hazırlanması işində fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:
"Tərəqqi" medalı ilə
Hətəmov Əhməd Süleyman oğlu
Kazımov Kazım Tahir oğlu
"Hərbi xidmətlərə görə" medalı ilə
Dadaşov İlqar Firdovsi oğlu - polkovnik
Həsənov Hüseynqulu Həsənbala oğlu - polkovnik
Mahmudov Elçin Musa oğlu - polkovnik
Qarayev Malik Fikrət oğlu - polkovnik.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31