Erməni siyasətçilərin qorxu etirafı: “Naxçıvan istiqamətində gərginlik artır”

Ermənistanın Demokratik partiyasının lideri Aram Sarkisyan mətbuat konfransında qorxduğunu etiraf edib.

Ermənistanın Demokratik partiyasının lideri Aram Sarkisyan mətbuat konfransında qorxduğunu etiraf edib.

Siyasətçi Azərbaycanın Naxçıvan istiqamətindəki aktivliyini və döyüş mövqelərini möhkəmləndirməyindən təşvişə düşüb. Onun fikrinə görə, artıq rəsmi Bakını danışıqlarla aldatmaq və prosesi uzatmaq mümkün olmayacaq:

"Danışıqlar dalana dirənə bilər. Bu fonda isə Naxçıvandakı hazırlıq həyəcana səbəb olur. Erməni diplomatları bunu xarici həmkarları ilə müzakirə etməlidirlər. Səhvə yol vermək olmaz".

Ermənistanın XİN rəhbərinin keçmiş müavini Arman Navasardyan isə iddia edir ki, Türkiyə tərəfi də Naxçıvana dəstək üçün sərhəddə aktivləşib. Onun fikrinə əsasən, Ermənistan yaranmış gərginlikdən çıxış yolu tapmalıdır.

Politoloq Ervand Bozoyan da öz növbəsində bildirib ki, erməni cəmiyyəti hələ də baş verənlərə çəhrayı eynəklə baxır:

"Biz unuduruq ki, Türkiyə Suriyada kürd məsələsini öz xeyrinə həll etdi. Afrində kürdlərlə haqq-hesab çürüdən Türkiyə indi də Menbiçdə kampaniya aparır. Aparıcı dövlətlər ona mane olmur. İndi isə Bakı və Ankara Ermənistanı Naxçıvan istiqamətində hədələyir. İrana qarşı sanksiyalar da vəziyyəti qəlizləşdirir. Qərbin Rusiya əleyhinə addımları Türkiyəyə regionda yaşıl işıq yandırır".

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31