Müdafiə Sənayesi Nazirliyi ilə Almaniya şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb

Azərbaycan hərbi sənaye sahəsində Almaniya ilə əməkdaşlıq edəcək. 

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Almaniyanın "Rheinmetall Defence" şirkəti arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Fransanın paytaxtı Paris şəhərində keçirilən Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisi - "Eurosatory-2018" sərgisi çərçivəsində müdafiə sənayesi naziriYavər Camalovla şirkət rəhbərliyi arasında görüş keçirilib. Müzakirələrdən sonra Y.Camalov və "Rheinmetall Defence" şirkətinin rəhbərliyi əməkdaşlıq sənədi imzalayıb. 

Qeyd edək ki, Avropanın ən qabaqcıl şirkətlərindən olan "Rheinmetall Defence" xüsusilə müdafiə məqsədli mobil sursatların və texnologiyaların istehsalı ilə məşğul olur.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31