Erməni təxribat maşınının növbəti yalanı
11 İyun 2018 14:51 SiyasətVə ya daxili auditoriyaya hesablanmış uydurmalar
Bütün parametrləri üzrə Azərbaycana uduzan işğalçı Ermənistan bunun əvəzini informasiya məkanında çıxmaq istəyir. Daha dəqiq desək təxribat xarakterli məlumatlar, informasiyalar gündəmə gətirmək, Azərbaycan qarşısında məğlubiyyətini ört-basdır etmək üçün dövriyyəyə yalan, böhtan xarakterli məlumatlar ötürür. Əslində informasiya məkanında Azərbaycana qarşı mübarizə aparmaq, ölkəmiz əleyhinə yalan, əsası olmayan məlumatlar yaymaq işğalçı ölkənin əsas iş prinsiplərindən biridir. Ancaq hazırkı situasiyada erməni təbliğat maşınını var gücü ilə Azərbaycana qarşı hücuma keçib desək yanılmarıq. Son günlər Naxçıvan Muxtar Respublikası istiqamətində Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu əməliyyat və 11 min hektar ərazinin düşmən nəzarətindən azad olunması da düşmənin təxribat maşınının Azərbaycana qarşı ciddi şəkildə hərəkətə keçməsinə rəvac verib.
Xəbərlərdən də məlum olduğu kimi Azərbaycan Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasının Şərur rayonu istiqamətində öz mövqelərini möhkəmləndirməyə nail olublar ki, bununla da Şərurun bir neçə kəndi, ümumilikdə isə 11 min hektar ərazi ermənilərin nəzarətindən çıxıb və həmin ərazilərə tamamilə artıq Azərbaycan Silahlı Qüvvələri nəzarət edir. Ərazilərə nəzarət Azərbaycan Silahlı Qüvvələrinə keçdikdən sonra kənd sakinləri ilk olaraq ata-babalarının uyuduğu qəbirstanlığa baş çəkərək onları ziyarət ediblər. Azərbaycanın əldə etdiyi bu uğurun təkcə yerli televiziya və KİV=lərdə deyil, eləcə də xarici mediada işılandırılması Ermənistanda ciddi qıcıq yaradıb. Və işğalçı ölkə daxili auditoriyaya hesablanmış daha bir yalanı dövriyyəyə buraxıb. İddia edilib ki, guya Azərbaycam tərəfi Ermənistandan kənd sakinlərinin qəbirstanlığa ziyarətə getməsini xahiş edib və İrəvan da bu xahişi nəzərə alıb.
Məsələ ilə bağlı fikirləırini ifadə edən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, təxribat xarakterli, yalan məlumatlar yaymaq Ermənistanın ənənəvi adətidir. Onun sözlərinə görə, rusun normal insanların üstünə hürdürməyə hazır vəziyyətdə daim saxladığı və istifadə etdiyi Solovyov adlı televiziya tulası kimi Ermənistanda da bir şəxsiyyətsiz Arçurun Ovanesyan adlı tutuquşusu var. Hərbi ekspert deyib ki, Ovanesyan Ermənistan Müdafiə Nazirliyinin sözçüsüdür: "Bu gədə bir axmaq fikir səsləndirib, Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti də buna cavab verib. Guya iyunun 6 və 7-də Azərbaycan tərəfi ermənilərə müraciət edib ki, siz bizim vətəndaşlara Naxçıvan istiqamətində imkan verin onlar insanlığa ləkə olan erməni vandalları tərəfindən yer üzündən silinmiş qəbirstanlığa gedib-gəlsinlər. Və guya bunlar imkan yaradıblar və Azərbaycan tərəfi təxribat yaradıb. Görün erməni həyasızlığı hansı həddə qədər çatıb ki, bunlar nə danışdıqlarını və yazdıqlarını belə düşünmürlər. Və mənə də qəribə gələn odur ki, axı bizim Müdafiə Nazirlıiyi bu yaramazın cavabını bir cümlə ilə verə bilərdi. Axı heç bir diplomatik və adi münaisbətlərin olmadığı təmas xəttində hansı əlaqədən danışmaq olar ki, guya bunlar öz "humanistliyini" indi gözə soxmağa çalışırlar?". Üzeyir Cəfərov deyib ki, bir yalanı uydurmazdan öncə yaxşı-yaxşı fikirləşib, sonra onu dövriyyəyə buraxmaq lazımdır: "İndi başıpozuq dəstə formasında fəaliyyət göstərən ordu birləşmələriniz də heç kim mənasız olaraq canını qurban verməmək üçün postlara çıxmır deyə, İrəvan və ətraf yerlərdən gələn ermənilərlə Qarabağ erməniləri arasında son günlər şiddətlənən münasibətlərin acı nəticəsi kimi bəzi strateji mövqelərin heç bir aktiv döyüş əməliyyatı olmadan itirilməsi, başa düşülən və anlaşılandır. Amma bu o demək deyil ki, siz elə bir absurd və məntiqsiz fikir uydurub özünüzü guya sığortalamış kimi göstərməyə çalışırsınız. Ən sonda, bu qeydlərimi oxuyan dostlara və həmkarlara bir daha səslənərək demək istəyirəm ki, Azərbaycan dövlətinin və onun döyünən ürəyi olan Silahlı Qüvvələrimizin ən xırda uğuru hamımızın qürur yeri və fəxridir. Allah əsgər və zabitlərimizi qorusun. Və Naxçıvan istiqamətində Əlahiddə Ümumqoşun Ordumuz heç bir döyüş və güc tətbiq etmədən müəyyən işləri həyata keçirib. Məgər bu yetərli deyil ki, bəzi yoldaşlar yeri gəldi və gəlmədi elə hey narazılıq edir və bəzən həddindən çox tələskənliyə yol verirlər. Bizim Qarabağla bağlı o qədər görüləsi işlərimiz var ki, qorxuram sabah ordumuz bir balaca hərəkət, dinamika etmiş olsa, vallah sosial mediya və bəzi onlayn mətbuat aləmi qatacaq bir birinə. Unutmaq lazım deyil ki, bizlərdən daha çox Müdafiə Nazirliyinin cavabdeh şəxsləri daha çox marağındadırlar ki, ortaya uğurlu nəticə qoyub adlarını tarixə yazsınlar. Gəlin bu işdə onlara uğurlar arzulayaq və üzərimizə düşənləri elə formada təqdim edək ki, bu "qaş düzəldən yerdə, vurub gözü çıxartmağa" bənzəməsin. Söhbət Azərbaycanın sabahkı taleyindən gedir. Tanrı Azərbaycanımızı və onun güvənc yeri olan Silahlı Qüvvələrimizi, düşmənlə ön mövqelərdə üz-üzə dayanan əsgər və zabitlərimizi qorusun".
Füzuli