Baş nazir Novruz Məmmədov Fransaya səfərə gedib

Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşüb.

Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakının "Ekspo 2025" Ümumdünya Sərgisinə namizədliyi münasibətilə keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə səfərə yola düşüb.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, N.Məmmədov aprelin 21-də Azərbaycanın Baş naziri təyin edilib. Fransaya səfər N.Məmmədovun bu vəzifədə xarici ölkəyə ilk səfəridir.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31