Səriştəsiz siyasətçinin məsuliyətsiz açıqlaması
Paşinyan özünü və Ermənistanı çıxılmaz vəziyyətinə salıb
11 İyun 2018 12:59 SiyasətPaşinyan özünü və Ermənistanı çıxılmaz vəziyyətinə salıb
Ermənistanda hakimiyyəti qəsb etmiş qüvvələr bütün vasitəlrən istifadə edərək tutduqları mövqeni daha möhkəmləndirməyə çalışır. Lakin görünür hakimiyyət kürsüsündə əyləşməyin ən sərfəli variantı "Dağlıq Qarabağ" kartıdır. Reallıq ondan ibaraətdir ki, hazırki baş nazir Nikola Paşinyan da sələflərinin yolunu davam etdirərək hakimiyyət riçaqlarına sahib olmaqdan ötrü Dağlıq Qarabağ məsələsindən istifadə etmək niyyətinə düşüb. Elə bu səbədən də gözünü yumub, ağzını açaraq heç bir məntiqə sığmayan fikirlər səsləndirməkdədir. Məsələ orasındadır ki, Nikola Paşinyan hakimiyyətə gəldiyi gündən indiyə qədər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səsləndirdiyi fikirlərin nə hüquqi-siyasi əhəmiyyəti var, nə də beynəlxalq hüquq normalara uğyunluğu. Sırf daxili və xarici auditoriyaya hesablanmış məniqsiz bəyənatlar Erməistanə pat vəziyyətdə qoymaqla paralel, Paşinyanın siyasi düşüncə baxımından kasad olduğunu sübut etmiş olur. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, "DQR"-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə" olduğunu; onun baş nazir seçilməsində dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürüb. Xatırladaq ki, "məxməri inqilab" nəticəsində hakimiyyətdən qovulan Serj Sarkisyan da vaxtilə danışıqlar prosesini pozmaq, işğalçılıq siyasətini davam etdirmək üçün hər dəfə diplomatik imkanları dalana dirəyən şərtlər irəli sürürdü. Elə bu səbəbdən də, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından Dağlıq Qarabağ münaqişəsi bu günə qədər həllini tapmayıb. Paşinyanın məlum açıqlaması da cavabanı gözləyən çoxsaylı sualların meydana gəlməsinə səbəb olub. Məsələn, əgər Paşinyan doğrudan da Ermənistanın Dağlıq Qarabağ məsələsinə qarışmadığını və münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda qondarma rejimin iştirak etməli olduğunu deyirsə, onda niyə silahlı qüvvələrini Dağlıq Qarabağdan geri çağırmır? Ermənistan ordusunun faktiki olaraq Dağlıq Qarabağa nəzarət etməsinə nə ad vermək olar? Bəli, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən geri çəkilsə, Azərbycan Dağlıq Qarabağda nəzarətə öz üzərinə götürə, öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilər. Azərbaycanın buna iqtisadi və hərbi potensialı, idarəçilik təcrübəsi imkan verir, yetər ki, Ermənistan hərbi birləşməli Qarabağdan geri çəkilsin. Məlumdur ki, ölkəmizin xarici siyasət kursunun başlıca strateji prioritetini Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi təşkil edir.
Siyasi ekspertlərin qənaətinə görə, Ermənistan şərt irəli sürən yox, şərt qəbul edən ölkədir. Odur ki, Paşinyan hərbi xuntanın səhvlərini təkrar etməməli və öz ölkəsinin gələcəyi naminə heç bir şərt irəli sürmədən danışıqlar masasına əyləşməlidir. Çünki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Ermənsitana daha çox ziyan gətirir. Ermənistan regionda yeganə dövlətdir ki, işğalçılıq əməllərinə görə bütün beynəlxalq və regional layihələrdən kənarda qalaraq sosial-iqtisadi xaos içərisində yaşayır. Bu isə Ermənistanın sonunun başlanğıcı deməkdir. Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər. Məlum olduğu kimi Azərbaycan üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eyni zamanda, diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Millət vəkili Tahir Rzayev bildirib ki, Paşinyanın danışıqlarda qondarma Dağlıq Qarabağ rejiminin tərəf kimi iştirak etməsini bildirməsi sözsüz ki, onun danışıqları pozmağa hesablanan bir addımıdır. Çünki dünya birliyi Dağlıq Qarabağı müstəqil sübyekt, tərəf kimi tanınmayıb: "Dağlıq Qarabağ müstəqil subyekt kimi hətta Ermənistanın özü tərəfindən tanınmayıb. Ora terrorçu quldurlar tərəfindən yaradılmış bir nəzarətsiz zonadır. Əgər Dağlıq Qarabağı heç bir ölkə tanımırsa o zaman danışıqlarda necə iştirak edə bilər? Terrorçular saakyanlar, sarkisyanlar, köçaryanlar Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda qondarma bir qurum yaradıblar. Paşinyanın açıqlamaları bir daha deməyə əsas verir ki, o, siyasətçi deyil. Əlbəttə ki, ondan əvvəlkilər də siyasətçi deyildilər. Onlar hakimiyyəti zorla ələ almış bir bandit dəstəsi olmuşdur. Yəni bunlar Qarabağ kartı üzərində hakimiyyətə gəliblər. Demək olar ki, bu gün Paşinyan da sosial dayaqlarını tamamilə itirib. Erməni xalqı gördü və anladı ki, Paşinyan da ondan əvvəlkilərin sözlərini deyir, hərəkətlərini təkrarlayır. Hər kəs gördü ki, Paşinyan hansısa xarici ölkənin dəstəyinə ümid bağlayır, onlar tərəfindən maliyyələşmiş bir adamdır. Ona görə də, işğalçı ölkənin müstəqil siyasəti yoxdur və hakimiyyətə gələn şəxslərdə müstəqil deyillər. Onlar kiminsə diktəsi və deyilənləri ilə işləyirlər. Ona görə də, Paşinyanın Dağlıq Qarabağ rejiminin də tərəf kimi danışıqlarda iştirak etməsi fikri qondarma şeydir. Bu məsələ Köçəriyan və Sarkisyan tərəfindən də bir necə dəfə qaldırılmışdı, ancaq beynəlxalq təşkilatlar məsələyə münasibət bildirmişdilər ki, bu qeyri-mümkün olan bir məsələdir. Əlbəttə ki, bu münaqişənin sülh yolu ilə həllinə bir əngəldir. Bu əngəli də keçmiş hakimiyyətdə olanlar da törədiblər, bu gün də Paşniyan onların sözü ilə oturub durur və bu siyasəti yeridir. Lakn onun bu yöndə siyasəti iflasa uğrayacaq". Xatırladaq ki, müqəddəs Ramazan ayı münasibətilə təşkil erilən mərasimində prezidenti İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır. Əslində bu, Ermənistanın yeni hakimiyyətinə də mesaj verdi. Odur ki, yeni hakimiyyət reallıqları dərk etməli və işğalçılıq siyasətinə son qoymalıdır. Əks halda, Ermənistanın heç bir bir perspektiv gözləmir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın da səbri sərhədsiz deyildir. Əgər Ermənistan bu cür məsuliyyətsiz əməllərinə davam etsə, o zaman baş verəcək hadisələrin məsuliyyəti şübhəsiz ki, Yerevanın üzərində qalacaq.
Nurlan