Bakıda atəşfəşanlıq olacaq
11 İyun 2018 12:09 SiyasətMilli Qurtuluş Günü münasibəti ilə iyunun 13-ü saat 19:30-da Səbail rayonu Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında möhtəşəm bayram konserti təşkil olunacaq.Səbail Rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, Azərbaycan estradasının tanınmış ulduzlarının iştiraki ilə keçiriləcək konsertdə xalq mahnıları, dünya və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq.Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31