Rasim Musabəyov: “Paşinyan vaxt qazanmağa çalışır”
“Ermənistan əhalisinin beyni 25 ildir ki, millətçiliklə pozulub”. Bunu millət vəkili, politoloq Rasim Musabəyov deyib.
8 İyun 2018 17:31 Siyasət"Ermənistan əhalisinin beyni 25 ildir ki, millətçiliklə pozulub".
Bunu millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan anlayır ki, o masa arxasında özünü məsuliyyətli aparsa da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma qəbul olunmayacaq: "Bu mənada Paşinyan vaxt qazanmağa çalışır. Hesab edirəm ki, Paşinyanın əsassız ittihamları və bəyanatlarında əsas məqsəd danışıqların gec başlaması və başladığı təqdirdə isə diqqəti başqa məsələlərə yönəltməkdir".
R.Musabəyov Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünə də toxunub: "Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ masa arxasında yoxdur. Ona görə də məsələ əvvəllər olduğu formatda davam olunmalıdır. Başqa heç bir şey ola bilməz. Paşinyan əvvəllər olmayan hansısa məsələləri masa arxasına gətirir və beləcə Ermənistan faktiki olaraq danışıqları ləngiyən tərəf kimi çıxış edir".