Tahir Rzayev: "İşğalçı ölkənin müstəqil siyasəti yoxdur"
“Paşinyanın danışıqlarda qondarma Dağlıq Qarabağ rejiminin tərəf kimi iştirak etməsini bildirməsi sözsüz ki, onun danışıqları pozmağa hesablanan bir addımıdır”. Bunu millət vəkili Tahir Rzayev deyib.
8 İyun 2018 17:30 Siyasət"Paşinyanın danışıqlarda qondarma Dağlıq Qarabağ rejiminin tərəf kimi iştirak etməsini bildirməsi sözsüz ki, onun danışıqları pozmağa hesablanan bir addımıdır".
Bunu millət vəkili Tahir Rzayev deyib.
Tahir Rzayev bildirib ki, çünki dünya birliyi Dağlıq Qarabağı tərəf kimi tanınmayıb: "Hətta Ermənistanın özü tərəfindən tanınmayıb. Ora terrorçu quldurlar tərəfindən yaradılmış bir nəzarətsiz zonadır. Əgər oranı heç bir ölkə tanımırsa o zaman danışıqlarda necə iştirak edə bilər? Terrorçular Saakyanlar, Sarkisyanlar, Köçaryanlar Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda qondarma bir qurum yaradıblar. Digər tərəfdən Paşinyan siyasətçi deyil. Əlbəttə ki, ondan əvvəlkilərdə siyasətçi deyildilər. Onlar hakimiyyəti zorla ələ almış bir bandit dəstəsi olmuşdur. Yəni bunlar Qarabağ kartı üzərində hakimiyyətə gəliblər. Demək olar ki, bu gün Paşinyanda sosial dayaqlarını tamamilə itirib. Erməni xalqı gördü və anladı ki, Paşinyanda ondan əvvəlkilərin sözlərini deyir, hərəkətlərini təkrarlayır. Hər kəs gördü ki, Paşinyan hansısa xarici ölkənin dəstəyinə ümid bağlayır, onlar tərəfindən maliyyələşmiş bir adamdır. Ona görə də, işğalçı ölkənin müstəqil siyasəti yoxdur və hakimiyyətə gələn şəxslərdə müstəqil deyillər. Onlar kiminsə diktəsi və deyilənləri ilə işləyirlər. Ona görə də, Paşinyanın Dağlıq Qarabağ rejiminin də tərəf kimi danışıqlarda iştirak etməsi fikri qondarma şeydir. Bu məsələ Köçəriyan və Sarkisyan tərəfindən də bir necə dəfə qaldırılmışdı, ancaq beynəlxalq təşkilatlar buna dəstək məsələyə münasibət bildirmişdilər ki bu qeyri mümkün olan bir məsələdir. Əlbəttə ki, bu münaqişənin sülh yolu ilə həllinə bir əngəldir. Bu əngəli də keçmiş hakimiyyətdə olanlarda törədiblər, bu gün də Paşniyan onların sözü ilə oturub durur və bu siyasəti yeridir. Onun bu yöndə siyasəti iflasa uğrayacaq".