Aydın Mirzəzadə: “Paşinyanın təsəvvürü, konkret proqramı yoxdur”

“Nikol Paşinyan hakimiyyətə seçki yolu ilə deyil, küçə təzyiqi nəticəsində gəlib. Bu mənada Paşinyan Ermənistanda güc və nüfuz sahiblərinə də xoş gəlmək üçün bir-birinə zidd bəyanatlar verir. Onun nə dövləti idarə etmək, nə də Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı təsəvvürü, konkret proqramı yoxdur”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

"Nikol Paşinyan hakimiyyətə seçki yolu ilə deyil, küçə təzyiqi nəticəsində gəlib. Bu mənada Paşinyan Ermənistanda güc və nüfuz sahiblərinə də xoş gəlmək üçün bir-birinə zidd bəyanatlar verir. Onun nə dövləti idarə etmək, nə də Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı təsəvvürü, konkret proqramı yoxdur". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, hal-hazırda Paşinyan Ermənistanın "Böyük Ermənistan" ideologiyasını bir qədər modernləşdirir və qoruyub saxlamağa çalışır: "Ancaq bununla belə zaman ötdükcə cəmiyyət bundan Sarkisyan rejiminin yaratdığı problemlərin həllini tələb edəcək. Amma indiki dövrdə biz hələki onun Sarkisyan rejiminin üz qabığını dəyişməklə mahiyyətini davam etdirmək istəyini görürük. Bu isə əlbəttə ki, Ermənistan üçün yeni problemlərin yaranmasına gətirib çıxaracaq. Bu baxımdan Paşinyanın bundan sonra da öz siyasətində vaxtaşırı ziddiyyətli bəyanatlar verməsi tamamilə gözləniləndir. Həmçinin müəyyən zaman kəsiyində o Dağlıq Qarabağ məsələsinin tarixini, problematikasını bildikcə şübhəsiz ki, nə qədər ağır bir yükün altına girdiyini görəcək. O zaman Paşinyan bu iki yoldan birini seçməlidir.

Paşinyan ya beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, ya da Ermənistanın ikinci Sarkisyanına çevrilməlidir. Bu halda isə küçədəki kütlə yeni bir Paşinyanı ortaya çıxaracaq. Çünki kütlə Paşinyana vəzifə vermək üçün küçəyə çıxmamışdı. O ilk növbədə Sarkisyanın apardığı siyasətin ağır nəticələrinə etiraz olaraq küçəyə çıxmışdı".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31