"Azərbaycana qəti dəstəyimiz davam edəcək" – Nazir

Qambiyanın xarici işlər naziri Ousainou Darboenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb. XİN-dən verilən məlumata görə, qambiyalı nazir bu gün Prezident İlham Əliyevlə görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.

Qambiyanın xarici işlər naziri Ousainou Darboenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb.

XİN-dən  verilən məlumata görə, qambiyalı nazir bu gün Prezident İlham Əliyevlə görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.

Tərəflər Azərbaycan və Qambiya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər. BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin sıx əməkdaşlıq etdiyini bildirən nazirlər ikitərəfli əlaqələrin inkişafında müqavilə-hüquq bazasının genişləndirilməsinin və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Qambiyalı nazir ölkəsi tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əsasda Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qanunsuz işğalı ilə bağlı qəti dəstəyin göstərildiyini diqqətə çatdırıb.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31