Lima şəhərində ÜGT-nin konfrans və sərgisi keçirilir
Peru Respublikasının paytaxtı Lima şəhərində 75 ölkəni təmsil edən 500-dən artıq nümayəndənin iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) növbəti 2018-ci il İnformasiya Texnologiyaları Konfransı və Sərgisi öz işinə başlayıb. Peru Gömrük və Vergilər Administrasiyasının ev sahibliyi etdiyi sayca 17-ci olan bu tədbir Koreya Gömrük Xidmətinin dəstəyi ilə təşkil edilib.
8 İyun 2018 14:10 SiyasətPeru Respublikasının paytaxtı Lima şəhərində 75 ölkəni təmsil edən 500-dən artıq nümayəndənin iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) növbəti 2018-ci il İnformasiya Texnologiyaları Konfransı və Sərgisi öz işinə başlayıb. Peru Gömrük və Vergilər Administrasiyasının ev sahibliyi etdiyi sayca 17-ci olan bu tədbir Koreya Gömrük Xidmətinin dəstəyi ilə təşkil edilib.
Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev və Xarici Əlaqələr İdarəsinin rəisi, gömrük xidməti polkovniki Dilavər Fərzəliyev təmsil edirlər. Konfrans-sərgidə Peru Gömrük və Vergilər Administrasiyasının milli katibi Victor Shiguiyama Kobashigava, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin İnformasiya və Beynəlxalq Əlaqələr Bürosunun direktoru Taeii Kanq açılış nitqi ilə çıxış ediblər. ÜGT-nin İKT Konfrans və Sərgisi bu il "Transsərhəd ticarətin inkişafı üçün etibarlı rəqəmsal mühitin yaradılması" mövzusuna həsr olunub.
Sevindirici haldır ki, Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisi 2019-cu ildə Azərbaycanda keçiriləcək. Bununla bağlı, iyunun 7-də Azərbaycan nümayəndə heyəti tərəfindən ÜGT üzvlərinə tədbir çərçivəsində müvafiq dəvət ünvanlanıb və Azərbaycan barədə qısa film nümayiş etdirilib.