“Bir quruma şəxsi maraqlarla başçılıq etmək düzgün deyil”

"Prezident seçkilərindən dərhal sonra yenidən qurulan hökumətdəki dəyişikliklər fonunda yeni bir islahat dövrü daha başlayıb. Son günlər cənab Prezident bir neçə rayon icra hakimiyyəti başçılarının dəyişdirilməsi haqqında sərəncamlar verir. Köklü dəyişikliklərə başlayıb. Görünən odur ki, vətəndaşımızın illərdir əziyyət çəkdiyi bəzi rayon icra başçıları da həqiqətən etimadı doğrultmayıb və ya dövrün tələblərinə cavab vermir". Bunu "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Onun sözlərinə görə, həmin icra başçıları regionlarda vətəndaşın sosial rifahının qorunmasından daha çox öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutub: "Hələ bizlərin tanıdığı belə məmur olan neçə nəfərlər var. Belə olan halda bir çox rayon icra hakimiyyətində ciddi islahatların aparılması zərurəti yaranıb. Axı sizi təyin edəndə, ölkə başçısı dəfələrlə öz çıxışında qeyd etmişdi ki, şəxsi maraqlarınızı bir kənara qoyub vətəndaşa normal xidmət etməyə çalışın. Vətəndaşın maraqlarına xidmətdən boyun qaçıran, istənilən məmur axır və əvvəl cavab vermək məcburiyyətində qalacaq. Şəxsi maraqlarla bir quruma başçılıq etmək, ədalətsiz formada vətəndaşa münasibət bəsləmək heç bir halda qəbul olunan qayda deyildir. Bunu başa düşən bəzi şəxslər nahardan qayıdanda çıxarılma xəbərləri alır. Dövlətin maraqlarını ali saymayan istənilən məmura mütləq ki, vaxt gəlib çatacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31