Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişməzdir
Mais Səfərli: “Prezident İlham Əliyevin bəyənatı bunu bir daha sübut etdi” “Hələ ümumilli lider Heydər Əliyev hakimiyyətə gələndən bəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi bəllidir.
7 İyun 2018 14:56 SiyasətMais Səfərli: "Prezident İlham Əliyevin bəyənatı bunu bir daha sübut etdi"
"Hələ ümumilli lider Heydər Əliyev hakimiyyətə gələndən bəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Bu mövqe birmənalıdır ki, ölkəmiz Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasının tərəfdarıdır". Yurddaş Partiyasının sədri Mais Səfərli "Olaylar"a bildirib ki, prezident İlham Əliyev hər zaman olduğu kimi, müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimindəkı çıxışında da bu mövqeyin dəyişməz olduğunu təsdiq etdi: "Prezident İlham Əliyev dəfələrlə beynəlxalq kürsülərdən bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız beynəlxalq norma və prinsiplər əsasında həll oluna bilər. Hətta bu mövqeyi beynəlxalq təşkilatlara, dünyanın siyasətini müəyyən edən dövlətlərə çatdıra bilib ki, bu da bizim çox böyük üstünlüyümüzdür. Xüsusən də son illrdə İlham Əliyev istər beynəlxalq təşkilatlar, istərsə də dünyanın aparıcı dövlətləri tərəfindən bu mövqeyin dəstəklənməsinə nail olub. Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişməzdir"