Zahid Oruc: “Prezdentin verdiyi açıqlamanın mənası ondan ibarət idi ki, işğalçılıqla demokratiya bir araya sığmır”

“Cənab prezidentin Ramazan ayı münasibətilə iftar mərasimində verdiyi bəyənat Ermənistanın yeni rəhbərliyi ilə hələ baş tutmayan danışıqların bir virtual müstəvidə həyata keçirilməsi kimi sayıla bilər”.

"Cənab prezidentin Ramazan ayı münasibətilə iftar mərasimində verdiyi bəyənat Ermənistanın yeni rəhbərliyi ilə hələ baş tutmayan danışıqların bir virtual müstəvidə həyata keçirilməsi kimi sayıla bilər".

Bunu "Olaylar"a deyən millət vəkili Zahid Orucun sözlərinə görə, dövlət başçısı çıxışında daha çox vurğunu ona etdi ki, on illər ərzində Azərbaycan xalqının və dövlətinin, o cümlədən ölkə rəhbəri kimi İlham Əliyevin BMT kürsüsündən Sarkisyanın ünvanına söylədiyi ən sərt ittihamları indi küçə və meydanlarda inqlab həyata keçirən erməni xalqı söyləməkdədir: "Ola bilməz ki, sən deyəsən bir şəxs cəlladdır, xalqın canını alıb, diktatura rejimi qururb, insanların gələcəyini məhv edib, prespektivini əlindan alıb, ona görə də onu iqtidardan devirəsən, amma başqa tərəfdən gəlib Qarabağda həyata keçirilən əməllərdə Sarkisyana bəraət qazandırasan. Belə olmur, çünki burada ya Sarkisyan ikiüzlü çıxır, ya Paşinyan. Ona görə də cənab prezdentin verdiyi açıqlamanın mənası ondan ibarət idi ki, işğalçılıqla demokratiya bir araya sığmır. Əgər həqiqətən də Paşinyan system dəyişikliyi edirsə, fərqli bir formasiya qurursa, liberalizm, demokratiya, insan haqları, regional təhlükəsizlik və sair kimi müstəqil dövlətə xas olan kriteriyaları ortaya qoyursa, bu bölgədəki bütün davranışlarda özünü göstərməlidir. O cümlədən, işğala münasibətdə də fərqli olduğunu ortaya qoymalıdır".    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31