Ötən gün şəhid olan azərbaycanlı sərhədçilər

PKK-nın İran qolu PJAK terrorçuları ilə silahlı qarşıdurmada şəhid olan sərhədçilərin fotoları yayılıb.

Hadisə ilə bağlı danışan Polis İdarəsinin mətbuat katibi Sərdar Qasim Rzayi 20 nəfərlik terrorçu qrupun sərhədi pozduqlarını və onların qarşısının alınması üçün dərhal sərhəd dəstələrinin göndərildiyini bildirib. Bu zaman terrorçularla sərhəd qüvvələri arasında atışma baş verib və 2 zabit şəhid olub. Terrorçular isə İraq ərazisinə qaçıblar.

Yaraqlılarla atışma zamanı həlak olan Yusif Piranə Muğandan, Məhbub Qurbani isə Ərdəbildəndir.

Sərdəşt şəhərində şəhidlərimizlə vida mərasimi keçirilib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31