"Bu, inqilabi islahat idi"

İyunun 5-də Milli Məclisdə (MM) Aqrar siyasət komitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təqdimatı keçirilib.

Parlamentdə Əmlak Komitəsi ilə birgə təqdimat keçirili

İyunun 5-də Milli Məclisdə (MM) Aqrar siyasət komitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təqdimatı keçirilib.

"Olaylar"ın məlumatına görə, adıçəkilən komitənin sədri Eldar İbrahimov bildirib ki, təqdimat torpaqların elektron kadastrı uçotunun bəzi rayonlarda başa çatdırılması ilə bağlıdır: "Bu gün biz buraya mərhum dövlət başçısı Heydər Əliyevin başçılığı ilə Azərbaycanda uğurla həyata keçirilmiş torpaq islahatllarının nəticələri ilə bağlı yığışmışıq. Qeyd edim ki, hələ Azərbaycanda islahatlara başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasında torpaq islahatları həyata keçirildi. Şəxsən mən özüm həmin islahatların şahidi olmuşam. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən qısa müddət sonra isə Azərbaycanda bütövlükdə torpaq islahatlarına sratr verildi. "Torpaq islahatı haqqında" qanun qəbul edilıdi və çox uğurla icra olundu". Komitə sədrinin sözlərinə görə, Azərbaycan keçmiş MDB məkanında ilk ölkə idi ki, belə bir islahata gedirdi:"Bu, inqilabi islahat idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31