AXCP sədri siyasi iflasın astanasında

Əli Kərimli üçün xəyanət vərdiş halını alıb

Azərbaycanda heç bir sosial bazası olmayan müxalifətin uzun illərdən bəri duruş gətirə bilməsi  sözün həqiqi mənasında təəccüb doğurur. "Bir özü, bir də papkası" prinsipi ilə fəaliyyət göstərən həmin partıyalar ən yaxşı halda ailə üzvləri və yaxın qohum-əqrabalarından ibarət olublar. Baxmayaraq ki, zaman-zaman yaxın qohumlarının istefası ilə müşahidə olunan müxalifət pariyalar hansısa gözəgörünməz qüvvələrin maddi dəstəyi ilə radikallıq da nümayiş etdirə biliblər. Sən demə, siyasi dairələrdə "radikal müxalifət", "ana müxalifət"  ifadələrinin işlədilməsi və hətta bu adlar uğrunda ölüm-dirim savaşına çıxılması heç də təsadfü deyilmiş. Belə məlum olur ki, cəmiyyətə özünü radikal, yaxud ana müxalifət kimi sırımağı bacaran partiya sədi xüsusi ənamla mükafatlandırılırmış. Məsələ orasındadır ki, indiyə qədər sözügedən müxalifət partiyaların "liderləri" dəfələrlə bəyan ediblər ki,  heç bir maliyyə mənbəynə malik deyillər, üstəlik heç bir xarici ölkədən ianə-filan almırlar. Maraqlıdır, bəs indiyə qədər həmin partiyalar dəbdəbəli villaları, bahalı maşınları, bığıburma cangüdənləri hansı vəsaitlə əldə ediblər? Özlərinin və ailə üzvlərinin dəbdəbəli həyatlarını, xarici ölkələrdəki meşşansayağı həyat tərzlərini hansı pulla təmin edirlər?      

Yeri gəlmişkən xatırladaq ki, bu vaxta qədər AXCP sədri Əli Kərimli də verdiyi açqılamalrla özünü və rəhbərlik etdiyi partiyanı ağ vərəq kimi təqdim etməyə çalışıb. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının maliyyə şəffaflığının gündəmdə olduğu bir məqamda Əli Kərimli özünü aydan arı, sudan duru kimi göstərməyi bacarıb. Amma "cidanı çuvalda gizlətmək olmaz" deyiblər aqillər. Bu günlərdə AXCP sədrinə Rusiyadan külli miqdarda maliyyə vəsaiti ötürülməsi barədə yayılan məlumat onun bütün qaranlıq əlaqələrinə aydınlıq gətirmiş oldu. Baxmayaraq ki, Əli Kərimli yalanları ilə insanları çaşdırmağa çalışır ki, istifadə etdiyi bahalı maşını, oğlunun Avropada barlara, diskotekalara, qızlara xərclədiyi pulları, yaşadığı lüks həyatı, tikdirdiyi bağ evini, sahibi olduğu obyektləri ona dostları hədiyyə edib, əslində isə maliyyə maxinasiyaları ifşa olunur. Əslində yayılan məlumat cəmiyyətin az bir kəsimi üçün yenilik hesab oluna bilər. Çünki vaxtilə onun yanında olanlar, indi "keçmiş cəbhəçilər" imici qazanmış şəxslər, eləcə də siyasi fəaliyyətlə məşğul olanlar çox gözəl bilirlər ki, bu pullar Ə. Kərimliyə haradan, hansı yollarla gəlir. Xatırladaq ki, dəfələrlə paytaxtda təşkil olunan aksilara bölgələrdən cəlb olunan cəbhəçilər aldadıldıqlarını, onlara vəd edilən vəsaitin ünvana çatdırılmamsını əsas gətirərək partiyadan istefa verməsinin şahidi olmuşuq. "Pul, mal dövlət şirin şeydir" nəzəriyyəsinə əsaslanan Əli Kərimli öz silahdaşlarını, əqidədaşlarını, ən nəhayət rəhbərlik etdiyi partiyanın üzvlərini aldatmaqdan belə çəkinməyib, onlara vəd edilən paranın sahibinə çatdırılmasında xəsislik edib. Hansı ki, həmin aksiyaları təşkil etmək üçün Əli Kərimliyə müxtəlif mənbələrdən külli miqdarda pulların gəldiyi heç kimə sirr deyildi. Təsdiqlənmiş məlumata görə, Moskvada yaşayan AXCP fəalı Rüstəmov Saleh Məhərrəm oğlu və onun yaxın qohumu Rüstəmli Vidadi Valeh oğlu Əli Kərimlinin yalnız özünə və ailəsinə fayda gətirən siyasətinə dəstək üçün külli miqdarda vəsait toplayaraq Bakıya göndəriblər. S. Rüstəmovun həmin qurumun Rusiyada əlaqələndiricisi kimi partiyanın fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi məqsədilə şəbəkə formalaşdırıb. Beləliklə 2016-cı ilin martından 2018-ci ilin martına kimi ümumilikdə Rusiyadan AXCP üçün 411.952 ABŞ dolları məbləğində pul vəsaitləri göndərilib. 2018-ci ilin mart ayında həmçinin Bakıda keçirilən mitinqlərdə istifadə məqsədilə Polşada yaşayan qardaşı oğlu Sayqın Rüstəmov vasitəsilə bir ədəd mikrofon, bir ədəd videokamera, bir ədəd kalonka aldıraraq Vidadi Rüstəmli tərəfindən AXCP üzvü Təzəxan Mirələmliyə çatdırıb. Əslində bu məlumat Əli Kərimlinin xarici maliyyə mənbələrini ifşa edən yeganə fakt deyil. Daha doğrusu, onun rahatlığı və komfort həyat tərzi  üçün xarici ölkədən, xüsusən Rusiyadan gələn pul axını bununla bitmir. Bu zaman belə bir sual yaranır, xarici donor təşkilatları, müxtəlif lobbi təşkilatları, beynəlxalq təşkilatlar, qara niyyətlər üçün idarə edilən biznes qurumları nədən Əli Kərimliyə maliyyə dəstəyi göstərməlidirlər? Əli kərimlinin "ala gözlərinə aşiq olan" maliyyə qaynaqları nədən bu qədər vəsaiti göyə sovururlar?

Deməli, antiAzərbaycan dairələr, erməni lobbisinin təsiri altında olan qüvvələr Azərbaycan dövlətinə qarşə fəaliyyət göstərən milli satqınlara istənilən məbləğdə vəsait ötürməya razıdırlar ki, təki ölkədə sabitlik pozulsiun, xaos, anarxiya hökm sürsün. Acınacaqlı haldır ki, Kərimli kimi Vətəni, dövlət, xalqı maddiyata satan şəxslər belə sifarişləri canla-başla icra etmyə müntəzirdirlər. Onu da qeyd edək ki, bu dağıdıcı ünsürün fəaliyyətindəki ən təhlükəli məqam missioner təşkilatların siyasi iradəsini ölkəmizdə təmsil etməsidir. Hər zaman xəyanətə köklənən, xarici antiazərbaycan dairələrdən aldığı göstərişlər və sifarişlər əsasında milli maraqlara qənim kəsilən Əli Kərimli üçün xəyanət bir xasiyyət halına gəlib. Onun fəaliyyətindəki ən təhlükəli məqam isə xarici dövlətlərin, xüsusi missioner təşkilatların siyasi iradəsini ölkəmizdə təmsil etməsidir. Məhz bu xəyanətin nəticəsidir ki, o, tam olaraq siyasi iflasın astanasındadır. Daha dəhşətlisi isə ondan ibarətdir ki, Əli Kərimlinin antiAzərbaycan fəsliyyətindən əldə etdiyi gəlirlərin təsirindən silsilə uğursuzluqlardan və mənəvi terrordan cana yığılmış sadə cəbhəçilər əziyyət çəkməli olurlar. Elə bu səbədən də AXCP-də partiyadaxili vəziyyətin mürəkkəbləşməsini, partiya sədrinə qarşı narazılıqların artması isə təsadüfi hesab etmək sadəlövlük olardı.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31