Sahibə Qafarovaya vəzifə verildi

Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Nümayəndə heyətinin rəhbəri vəzifəsinə Sahibə Qafarova təyin olunub.

Bundan əvvəl Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov idi.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.

Modern.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31