"Aslan İsmayılovun boynunda günahsız insanların qanı var"

Vaxtilə Kremlə nökərçilik edən "vəkil" reallıqda Azərbaycan xalqının düşmənidir

Bu günlərdə Aslan İsmayılov barəsində ortaya çıxan faktlar bir daha belə qənaətə gəlməyə zəmin yaradır ki, yetənə-yetən, yetməyənə isə daş atan bu şəxs bütövlükdə Azərbaycanın dövlətçilik maraqlarına və xalqa qarşı düşmənçilik mövqeyi sərgiləyir. Onu da qeyd edək ki, hətta bəzi müxalifət partiyaları bu şəxsin çoxüzlüyünə işarə vurur, xislətində xəyanət sindromunun olduğunu deyirlər. Misal üçün, AMİP funksioneri Əli Orucov açıqlamasında deyib ki, A.İsmayılov yol kənarında dayanıb, gəlib-gedənlərə söz atmaqla məşğul olur.

Əli Orucov: "Aslan İsmayılov "Beşinci kolon"un Azərbaycanda nümayəndəsidir"

"Ən böyük xəyanətkar elə onun özüdür"-deyə qeyd edən AMİP rəsmisinə görə, hələ Sumqayıt hadisələri dövründə bu hadisənin araşdırılması üçün Kreml Aslan İsmayılovu göndərdi və onun əli ilə günahsız insanlara ən ağır cəzanı verdilər: "Hətta bu məsələ ilə bağlı həmin dövrdə hakim olan şəxs özü dili ilə dedi. A. İsmayılov Rusiyanın xüsusi xidmət orqanına bağlı bir adamdır. "Beşinci kolon"un Azərbaycanda nümayəndəsidir. Aslan kimi adamların nə deməsi bizim üçün vacib deyil. Çünki küçədə dayanıb ona-buna söz atmaqdan, kiminsə qarasına danışmaqdan başqa onun əlindən nə gəlir ki?"

Orucova görə, bu adam əslində ermənilərlə iş birliyindədir və onların bir nömrəli havadarıdır: "Belə bir adam ölkənin, millətin taleyini düşünənlər barədə başqa nə deyəcək ki? Bu, ona müəyyən ermənipərəst dairələr tərəfindən verilmiş bir vəzifədir və təəssüf ki, onun kimi bir adam bunu davam etdirir".

Yeri gəlmişkən, artıq bu şəxsin xalqımıza və dövlət maraqlarımıza qarşı törətdiyi çoxsaylı xəyanətlərinin verilməsi zamanı çatıb və onun əlahəzrət qanun qarşısında cavab verəcəyi gün elə də uzaqda deyil.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31