“İranın bəzi dairələri ilə Əli Kərimlinin əlaqələri üzə çıxmışdı”
“Artıq sübuta yetirilir ki, AXCP sədri Əli Kərimli Rusiyanın müəyyən qaranlıq dairələrindən müxtəlif zamanlarda 4 yüz 12 min ABŞ dolları alıb. Bu faktın özü ona qarşı hər hansı bir cinayət işinin qaldırılması üçün əsas olacaqmı”. Bunu“Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov deyib.
6 İyun 2018 13:48 Siyasət"Artıq sübuta yetirilir ki, AXCP sədri Əli Kərimli Rusiyanın müəyyən qaranlıq dairələrindən müxtəlif zamanlarda 4 yüz 12 min ABŞ dolları alıb. Bu faktın özü ona qarşı hər hansı bir cinayət işinin qaldırılması üçün əsas olacaqmı".
Bunu "Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə, AXCP sədri olan Ə.Kərimlinin bütün fəaliyyəti pul qazanmağa yönəlmiş fəaliyyətdir: "Yəni Ə.Kərimli özü də iflasa uğradığını və siyasi hakimiyyətə gələ bilməyəcəyinı çox gözəl bilir. Bütün bu siyasi fəaliyyətin sonda ona hansısa bir divident qazandırmayacağını özü də əmindir. Ə.Kərimlinin bütün fəaliyyəti və fon yaratmağı, xaricdə olan "ağalarını" inandırmağa hesablanıb. Bununla da əsas məqsəd onlardan müəyyən məbləğdə pul qoparmaqdır. AXCP sədri Ə.Kərimlinin 4 yüz 12 min ABŞ dolları alması demək olar ki, xaricdən aldığı məbləğin çox cüzi bir hissəsidir".
T.Novruzovun sözlərinə görə, Ə.Kərimli müxtəlif qurumlardan daha çox maliyyə vəsaiti əldə edir: "Hətta bir zamanlar mənim yadımdadır ki, İranın müəyyən dairələri ilə Ə.Kərimlinin əlaqələri üzə çıxmışdır: "Demək olar ki, Qərb, Cənub, Şərq və Şimal Ə.Kərimli üçün fərq eləməz. Əsas odur ki, onu müxalifət kimi tanısınlar və ona pul versinlər. Bu gün təkcə Rusiyada Ə.Kərimliyə gələn 4 yüz 12 min ABŞ dolları məbləğində pulu cüzi hesab edirəm. Ona görə ki, Ə.Kərimlinin xaricdən aldığı maliyyə vəsaiti bundan qat-qat çoxdur. Bir sözlə, AXCP sədri olan Ə.Kərimlinin bu pulu almasına təəccüblənmədim. Azərbaycanın maraqlarını xaricdəki qüvvələrə satmaq və onların arzusuna xidmət etmək ən böyük cinayətdir. Bu məsələyə hüquqi baxımdan da qiymət verilməlidir".
T.Novruzov onu da bildirdi ki, milli maraqlara zərbə vurmağa hesablanan addımlar atmaq və çağırışlarla çıxış etmək atqınlıq və xəyanətdir: "Belə şəxslər mütləq cəzalanmalıdır. Əli Kərimli kimi satqınlar cəzasız qala bilməz. Ümumiyyətlə milli və dövlətçilik maraqlarına zidd yol tutanlara aman verilməməlidir. Dağıdıcı müxalif təmsilçiləri vaxtaşırı müəyyən məsələlər tapırlar ki, gündəmdə bir müddət qala bilsinlər. Bununla da diqqəti özlərinə cəlb etmək istəyirlər. Amma müxalifət təmsilçiləri bilməlidilər ki, onlar bu cür yersiz hərəkətləri ilə özlərini daha da gözdən salırlar. Müxalifət partiya sədrləri çox gözəl başa düşürlər ki, bu gün onların ictimai rəydə uğur qazanmaq şansları yoxdur. Bunu bilə-bilə müxalifət yenə də öz hərəkətlərindən əl çəkmir. Bu isə onların müstəqil olmadıqlarını bir daha təsdiqləyir".
SİA