Aslan İsmayılovun hüquqa zidd əməlləri elə hüquqi çərçivədə həllini tapır

Cəmiyyətdə bəzən elə hal və situasiyalarla rastlaşırıq ki, təəccüb etməyə bilmirsən. Necə ki, demokratiya, sivil siyasi mübarizə yolundan dəm vuran müxalifət bu mübarizənin, hakimiyyətə gəlməyin əsas yolu sayılan seçkilərdən imtina edir, necə ki, insan hüquq və azadlıqlarından bəhs edən bəzi antimilli vətəndaş cəmiyyəti nümayəndələri müxtəlif cinayətlər törədərək insanların həyatına son qoyan, yaxud onların həyatında dərin acı iz buraxan şəxsləri siyasi məhbus kimi qələmə verərək azadlığa çıxmaqlarına çalışır, eləcə də haqq-ədalət, qanunların aliliyindən danışan bəziləri həmin sahənin təmsilçisi olmasına baxmayaraq onları tapdalayır, ayaqlar altına alır.

Cəmiyyətdə bəzən elə hal və situasiyalarla rastlaşırıq ki, təəccüb etməyə bilmirsən. Necə ki, demokratiya, sivil siyasi mübarizə yolundan dəm vuran müxalifət bu mübarizənin, hakimiyyətə gəlməyin əsas yolu sayılan seçkilərdən imtina edir, necə ki, insan hüquq və azadlıqlarından bəhs edən bəzi antimilli vətəndaş cəmiyyəti nümayəndələri müxtəlif cinayətlər törədərək insanların həyatına son qoyan, yaxud onların həyatında dərin acı iz buraxan şəxsləri siyasi məhbus kimi qələmə verərək azadlığa çıxmaqlarına çalışır,  eləcə də haqq-ədalət, qanunların aliliyindən danışan bəziləri həmin sahənin təmsilçisi olmasına baxmayaraq onları tapdalayır, ayaqlar altına alır. Sonuncu kateqoriyadan olan insanlar arasında ən bariuz nümunə kimi adını hüquqşünas qoyan Aslan İsmayılovu göstərmək olar. Uzun illərdir ki, özünü sosial şəbəkənin qəhrəmanı kimi aparan Aslan İsmayılovun hazırda qarşısında duran yeganə məqsəd, məram ondan ibarətdir ki, ölkədə qanunların aliliyini şübhə altına alsın, cəmiyyət arasında çaşqınlıq yaratsın. Azərbaycanda həyata keçirilən müsbət islahatlar, görülən işlərin hamısına qara yaxmağı qarşısına məqsəd qoyan Aslan İsmayılov bu azmış kimi öz sahəsini, hüququ, ədaləti də tapdalayır, qeyri-qanuni hərəkətləri ilə cəmiyyət arasında qarşıdurma yaratmağa çalışır. Paytaxtın istənilən  bölgəsində, prospekti və küçəsində anidən peyda olan vəkil İsmayılov xırda belə qüsurun videoçəkilişini həyata keçirərək onu ölkə, hətta qlobal əhəmiyyətli bir problem kimi qələmə verməklə ölkəmiz barədə mənfi rəy formalaşdırmağa çalışır. Ümumiyyətlə, başıpozuqluq, şərləmə, qara yaxma vəkil İsmayılovun qanında olduğundan əslində onun bu hərəkətlərindən təəccüblənmək də yersizdir. Ancaq hüquq elmlərinə guya dərindən bələd olan vəkil İsmayılovun elə hüquq pozuntularına yol verməsi kifayət qədər təəssüfedici və gülünc doğuran bir məqamdır. Hər halda elə İsmayılovun qeyri-qanuni hərəkətlərinin məntiqi nəticəsidir ki, bu günlərdə onun barəsində cinayət işi açılıb. Xəbərlərdən də aydın olduğu kimi  hüquqşünas Aslan İsmayılov haqqında cinayət işinin qaldırılmasına 2017-ci ilin oktyabrın 2-də Binəqədi rayon məhkəməsinin inzibati binasında baş vermiş hadisə səbəb olub. Belə ki,  Aslan İsmayılovun məhkəmə heyətinə qarşı kobud hərəkətlərə yol verdiyi deyilir.

Addımbaşı qanunların aliliyin, haqq-ədalətdən dəm vuran İsmayılov Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərar qəbul etdiyini öyrəndikdən sonra yüksək səslə buna etiraz edərək iclas zalından hakimin müşavirə otağına keçməsi üçün nəzərdə tutulmuş qapıdan məhkəmənin dəhlizinə keçməyə cəhd edib.  Həm qanunsuz, həm də asayişi pozma cəhdi baş tutmadıqda isə Aslan İsmayılov bağlı qapını sındırmağa çalışıb. Hətta İsmayılov öz kin və nifrətini bağlı qapıya qarşı elə bir hiddətlə "nümayiş" etdirib ki, onun zərbələrinin şiddətindən qapı çərçivəsinin ətrafındakı boyanın bir hissəsi tökülüb. Daha sonra Aslan İsmayılov iclas zalından çıxıb məhkəmənin həyətində ucadan səs-küy salaraq hakim və məhkəmə sədrinin onun qarşısına çıxmalarını tələb edib, onların ünvanına ucadan təhqiredici ifadələr işlədib.

Baş verənlərlə bağlı A.İsmayılovun ictimai qaydanı və məhkəmənin iş rejimini pozaraq xuliqanlıq hərəkətləri etməsi barədə Binəqədi rayon məhkəməsinin işçiləri tərəfindən akt tərtib olunaraq müvafiq materiallarla birlikdə Binəqədi rayon prokurorluğuna göndərilib. Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə ünvanlanıb.

Məhkəmə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyinə görə, baş vermiş hadisə nəticəsində Binəqədi rayon məhkəməsinin əmlakına yüz otuz manat məbləğində maddi zərər dəyib.

Bu il mayın 25-də A.İsmayılova CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 04 iyun, 2018-ci il tarixində isə iş üzrə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.

Göründüyü ki, "su çanağı suda sınar" misalına uyğun olaraq Aslan İsmayılovun qanunlara, hüquqa zidd əməlləri də elə hüquqi çərçivədə öz həllini tapıb. Yəqin ki, vəkil İsmayılov alacağı cəzadan sonra bir qədər ağıllanacaq və bundan sonra ölkə qanunlarının yol verdiyi çərçivədə hərəkət etməyə üstünlük verəcək.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31