Tarixin canlı səhifələri Cümhuriyyət səhifələrini vərəqləyəcək

İyunun 6-da Qəbələ rayonunda Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 və Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilən “Tarixin canlı səhifələri” Vl Gənclər festivalı keçiriləcək.

İyunun 6-da Qəbələ rayonunda Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 və Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilən "Tarixin canlı səhifələri" Vl Gənclər festivalı keçiriləcək.

Bu barədə məlumat "OLAYLAR"-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, 2014-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən "Tarixin canlı səhifələri" adlı festival,  2016-cı ildən Azərbaycan Respsublikasının Dövlət Sərhəd Xidməti ilə gerçəkləşdirilir.

Festivalın keçirilməsində məqsəd, gəncləri  vətənpərvərlik  ruhunda  tərbiyə etmək, xalqımızın hərb tarixini gənclərə  əyani olaraq çatdırmaqdır. Festivalda Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan  Xalq Cümhuriyyətinin yaranması peşəkar artistlər və tələbələr tərəfindən tarixi faktlar əsasında hazırlanmış tamaşada nümayiş olunacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31