“Rusiyanın rəsmi dairələri məsələnin əsl mahiyyətindən xəbərdardırlar”

“Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi kimi dəyərləndirməsi nə diplomatik, nə də hüquqi cəhətcə düzgün deyil”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

"Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi kimi dəyərləndirməsi nə diplomatik, nə də hüquqi cəhətcə düzgün deyil".

Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

"Mən məsələyə başqa bir bucaq altında baxırdım. Deməli əgər Artyom Kojinin suala cavab verəndə həqiqəti etiraf edirsə, bu o deməkdir ki, Rusiyanın rəsmi dairələrində məsələnin əsl mahiyyətindən xəbərdardırlar. Ermənistanın işğalçı dövlət olduğu, Ermənistanın qeyri-konstruktiv mövqe tutduğu və s. bəllidir. Bu gün Ermənistanın Rusiya üçün mütəffiq yox, ağır bir yük olduğunu kifayət qədər yaxşı dərk edirlər. Bunun özü göstərir ki, Ermənistanın özünü Rusiyanın yaxın dostu kimi göstərməsi əslində Rusiyanın imkanlarından maksimum istifadə etmək cəhdindən başqa bir şey deyil", - deyə, A.Mirzəzadə fikirlərini tamamlayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat və informasiya Departamentinin direktor müavini Artyom Kojinin ötən gün keçirdiyi brifinq qalmaqala səbəb olub. Diplomat brifinqdə azərbaycanlı jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfəindən Dağlıq Qarabağın danışıqlar prosesində iştirakına dair ötən ay verdiyi bəyanatlarla bağlı sualına şərh verib, bunu açıq-aşkar "qeyri-konstruktiv və səs-küylü bəyanat" adlandırıb. Lakin daha sonra XİN-in rəsmi saytında brifinqin stenoqramının həmin hissəsini redaktə ediblər. Nəticədə belə alınıb ki, Kojin Paşinyanın bəyanatlarını xatırladan azərbaycanlı jurnalistin özünü "qeyri-konstruktivlikdə və səs-küylü bəyanatlar verməkdə" ittiham edib.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31