İlham Əliyev Ukraynaya səfər edəcək
Yaxın vaxtlarda prezident İlham Əliyev Ukraynaya rəsmi səfərə gedəcək.
4 İyun 2018 17:57 SiyasətYaxın vaxtlarda prezident İlham Əliyev Ukraynaya rəsmi səfərə gedəcək.
Bu barədə "Ölkə.Az"a diplomatik mənbədən məlumat daxil olub.
Məlumata görə, səfər çərçivəsində prezident İlham Əliyev ukraynalı həmkarı və digər rəsmi şəxslərlə görüşəcək.
Həmçinin, prezident İlham Əliyev Kiyevin mərkəzində inşa olunan Azərbaycan Ticarət Evinin və Nizami Gəncəvi adına parkın açılış mərasimlərində iştirakı gözlənilir.
Qeyd edək ki, səfərin bu ilin sonunadək reallaşması gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31