“Azərbaycan onları fəaliyyətlərinə xitam verməklə hədələyə bilər”
“İlk olaraq, həmin şirkətlərin Xankəndində istehsal sahəsi qurub-qurmadığını müəyyən etmək lazımdır. Orada distribyutor məntəqəsinin olub-olmadığını bilməliyik. Bəlkə həmin məhsullar Xankəndinə İrəvandan ticarət şəbəkələri vasitəsilə gətirilir”. Bu sözləri Azadinform-a açıqlamasında hüquqşünas Sahib Məmmədov işğal altında olan Xankəndində “Pepsi”, “Lays” kimi məhsulların satışı barədə danışarkən deyib.
4 İyun 2018 15:58 Siyasət"İlk olaraq, həmin şirkətlərin Xankəndində istehsal sahəsi qurub-qurmadığını müəyyən etmək lazımdır. Orada distribyutor məntəqəsinin olub-olmadığını bilməliyik. Bəlkə həmin məhsullar Xankəndinə İrəvandan ticarət şəbəkələri vasitəsilə gətirilir".
Bu sözləri Azadinform-a açıqlamasında hüquqşünas Sahib Məmmədov işğal altında olan Xankəndində "Pepsi", "Lays" kimi məhsulların satışı barədə danışarkən deyib.
Bildirib ki, işğal altında olan ərazilərdə transmilli şirkətlərin fəaliyyəti beynəlxalq hüquq normalarına ziddir və belə hal Azərbaycan üçün xoş ola bilməz: "Həmin şirkətlərin istehsalı orada qurub-qurmadığı, satışı təşkil etmək üçün rəsmi ofis, distribyutor açıb-açmadığını bildikdən sonra qəti mövqe bildirə bilərik. Əgər bu iki faktdan biri təsdiqini taparsa, etiraz üçün ciddi əsas olacaq. Amma kimsə o məhsulları İrəvandan gətirib orada satırsa, bunun qarşısını almaq çətin ki mümkün olsun".
S. Məmmədov onu da qeyd edib ki, həmin şirkətlərin Xankəndində rəsmi ofisi olduğu və ya istehsalla məşğul olduqları faktı üzə çıxarsa, ölkəmiz buna etiraz etməlidir: "Azərbaycan onları oradakı fəaliyyətlərini dayandırmasalar, buradakı fəaliyyətlərinə xitam verməklə hədələyə bilər. O zaman Azərbaycan bazarını yoxsa kiçik bazarı itirməyin sərfəli olduğu haqda düşünəcəklər".