"Sən kimsən, Rüstəm İbrahimbəyov?"
4 İyun 2018 14:21 SiyasətRusiyada yaşayan azərbaycanlı rejissor, ssenarist Rüstəm İbrahimbəyovun çəkdiyi "Qafqaz üçlüyü" filmi ətrafında gedən söz-söhbətlər, sərt təpkilər, qınaqlar, ittihamlar səngimək bilmir. İnsanlar haqlı olaraq Azərbaycanın çörəyi-suyu ilə böyümüş, vaxtilə müxtəlif dövlət titullarına layiq görülmüş bir şəxsin sonradan öz el-obasına asi olmasını bağışlaya bilmirlər. Qınayanlar arasında müxtəlif peşə sahibləri var. Amma R.İbrahimbəyovun həmkarlarının fikirləri daha sərt, daha təsirlidir. Məşhur rejissor, əməkdar incəsənət xadimi, Xalq artisti, uzun müddət Rusiyanın "Bolşoy Teatr"ında çalışmış, Yəməndə teatrın əsasını qoymuş, hazırda Ankara Qazi Universitetinin professoru, doktor Əflatun Nemətzadənin köşə yazarı olduğu "Anadolu" qəzetində dərc etdirdiyi "Sən kimsən, Rüstəm İbrahimbəyov?" məqaləsi diqqətçəkəndir. Ə.Nemətzadə bu qeydləri ilə Rüstəm İbrahimbəyovun iç üzünü açır, onun hansı məqsədlə bu filmi çəkdiyini çılpaqlığı ilə oxucuların diqqətinə çatdırır.
Məqalə türk dilindədir, amma dəyərli oxucularımıza yazının orjinallığını qorumaq məqsədi ilə onu olduğu kimi təqdim edirik.
