“Azərbaycan və İran bölgədə sülh və sabitlik yaratmağa çalışır” - Aparat rəhbəri
"Azərbaycan və İran bölgədə sülh və sabitlik yaratmağa çalışır”. Bunu İran Prezidenti Aparatının rəhbəri Mahmud Vaezi iyunun 4-də Bakıda Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamansında bildirib.
4 İyun 2018 11:31 Siyasət"Azərbaycan və İran bölgədə sülh və sabitlik yaratmağa çalışır".
Bunu İran Prezidenti Aparatının rəhbəri Mahmud Vaezi iyunun 4-də Bakıda Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamansında bildirib.
O, Azərbaycana səfəri zamanı keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələr başda olmaqla regional məsələləri müzakirə edəcəklərini bildirib: "Son 5 ildə iki dövlətin prezidentləri 12 dəfə görüşüb. İki ölkə arasında imzalanan müqavilə və sazişlərlə bağlı problemlərin tezliklə həll edilməsi vacibdir. Bakıya səfərim İranla Azərbaycan arasında əlaqələri bir addım irəliləməsi üçün əhəmiyətli fürsətdir".
M.Vaezi Azərbaycanın baş nazir Novruz Məmmədov və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcəyini deyib.
"Report"