Elxan Şahinoğlu: "Paşinyan Bako Saakyanı dəyişmək istəyir"

“Ermənistanın yeni hökumətinin proqramı hazırdır və 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq. Proqramın əsas tezislərini diqqətlə oxudum. Yeni heç nə yoxdur. Məsələn proqramın xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: “Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə cavabdehdir”, “Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır”, “Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər”, “Ermənistan hökuməti beynəlxalq aləmdə erməni soyqırımının tanınması siyasətini aparacaq”, “Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək”. Proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

"Ermənistanın yeni hökumətinin proqramı hazırdır və 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq. Proqramın əsas tezislərini diqqətlə oxudum. Yeni heç nə yoxdur. Məsələn proqramın xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: "Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə cavabdehdir", "Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır", "Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər", "Ermənistan hökuməti beynəlxalq aləmdə erməni soyqırımının tanınması siyasətini aparacaq", "Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək". Proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır".

Bunu  politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vasibliyinin göstərilməsidir: "Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb. Bütün bu maddələr Nikol Paşinyanın devirdiyi Serj Sərkisyanın proqramında da olub. Guya Serj Sərkisyan Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəmirdi, yoxsa qonşuları Gürcüstan və İranla əməkdaşlığa önəm vermirdi? Bunlar hamısı olub, ancaq olduğu halda Ermənistan iqtisadiyyatını və Serj Sərkisyanın özünü xilas etməyib. Əsas proqram deyil, Paşinyanın atacağı addımlara Rusiyanın necə reaksiya verəcəyidir".

E.Şahinoğlu həmçinin əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanı dəyişmək istəyir: "Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sərkisyanın adamıdır. Bu isə Paşinyan üçün hər an təhlükə yarada bilər. Ermənistanda siyasi ab-havanı həm də Dağlıq Qarabağdakı vəziyyət müəyyənləşdirir. Yaxın tarix də bundan xəbər verir. Zamanında Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və elə onu devirənlər də Qarabağdan gələnlər oldu. Əgər Paşinyan keçmiş şefinin bu səhvindən gərəkli nəticə çıxarıbsa, Dağlıq Qarabağda Bako Saakyanı sakitcə öz tərəfdarı ilə dəyişməyə çalışacaq. Əks halda Serj Sərkisyan - Bako Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31