“Paşinyan bu cəhdini Qərbin və Rusiyanın dəstəyi ilə həyata keçirəcək”

“Paşinyanın Gürcüstan səfəri sona çatdı. Bu səfərin nəticələrini təhlil edən ekspertlərin əksəriyyəti uğursuz səfər olaraq qiymətləndirirlər. Ermənistanda prezident seçkiləri ərəfəsində Armen Sarkisyanın seçilməsini dəyərləndirərkən bu ölkədə yeni qüvvələrin gələcəyini və bu qüvvələrin Qarabağ məsələsində bizim üçün kifayət qədər problemlər yaradacağını demişdim. Artıq bu istiqamətdə hazırlıqlar görülür və Paşinyanın Dağlıq Qarabağ ermənilərinin tərəf olaraq danışıqlarda iştirakını şərt olaraq irəli sürmək niyyətindədir. Bu bəyanat səslənsə də hələ ki, hüquqi zəmini yoxdur”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

"Paşinyanın Gürcüstan səfəri sona çatdı. Bu səfərin nəticələrini təhlil edən ekspertlərin əksəriyyəti uğursuz səfər olaraq qiymətləndirirlər. Ermənistanda prezident seçkiləri ərəfəsində Armen Sarkisyanın seçilməsini dəyərləndirərkən bu ölkədə yeni qüvvələrin gələcəyini və bu qüvvələrin Qarabağ məsələsində bizim üçün kifayət qədər problemlər yaradacağını demişdim. Artıq bu istiqamətdə hazırlıqlar görülür və Paşinyanın Dağlıq Qarabağ ermənilərinin tərəf olaraq danışıqlarda iştirakını şərt olaraq irəli sürmək niyyətindədir. Bu bəyanat səslənsə də hələ ki, hüquqi zəmini yoxdur".

Bunu politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Paşinyan bu cəhdini Qərbin və eyni zamanda Rusiyanın dəstəyi ilə həyata keçirməyə cəhd edəcək: "Yaxın zamanlara ATƏT-in bu istəyi aktiv dəstəkləyəcəyi də mümkün görünmür. Üzümüzə gələn illərdə Avropaya nəql ediləcək Azərbaycan qazının həcminin artırılması gözlənilir. Hələ ki, bu faktor biz zaman udmaq üçün kömək olacaq. Lakin biz qarşıdakı illərdə bu problemi gözə almalıyıq. Nikol Paşinyanın Gürcüstan səfərinin əsas məqsədi Rusiya ilə quru yol vasitəsilə yük daşımalarının intensivliyini artırmaq üçündür. Bu səfərdən sonra bu istiqamətdə yükdaşımaların intensivliyi tam gücü ilə bərpa olmasa da daha 50 faiz artacağı gözləniləndir. Paşinyan Serj Sarkisyandan fərqli olaraq İran, Rusiya və qərblə yüksək səviyyəli münasibətlər qurmaq niyyətindədir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31