Siyasi səriştəsizlikdən doğan beynəlxalq səviyyədə ifşa olunma
1 İyun 2018 14:57 SiyasətYaxud Paşinyan erməni cəmiyyətinin ümidlərini doğrulda bilmir
Ermənilər inqilabçı küçə uşağı Nikol Paşinyanın şirin vədinə inanaraq Serj Sərkisyanı hələ yerinə tam isitməmiş baş nazir kreslosundan salarkən düşünürdülər ki, uzun illərin dərin sosial və iqtisadi böhranı, aclıq və səfalətini Nikol onlara unutdura biləcək. Əslində ermənilərin inqilabçı Paşinyana inanmamaq kimi bir seçimi də yox idi. Çünki sadə ermənilər uzun illər Sərkisyan rejiminin əsarəti altında yaşayırdılar və hesab edilirdi ki, haklimiyyət dəyişikliyi sadə erməniləri ağ günə çıxaracaq. Paşinyanın kütləni ələ almaq üçün verdiyi şirin vədlər onsuz da ağıl baxımından kasad olan ermənilər də yaxşıca ümid yaratmışdı.
Beləliklə, Nikolun istədiyinə nail olduqdan sonra atdığı addımlar erməniləri növbəti dəfə məyus etdi. Baş nazir postunu zəbt edən gündən meydanda səsləndirdiyi fikirlərlə əks hərəkətlər edən Nikol indi təkcə daxildə deyil, eləcə də Ermənistandan xaricdə özünün mənfi imicini yaradıb. Artıq erməni lobbisi də Nikolu dəstəkləmək fikrindən yayınıb. Bir qayda olaraq erməni lobbisinin diləndiyi maliyyə ilə dolanan ermənilər indi Paşinyanın sayəsində bundan da olublar. Hətta Ermənistanda investisiyası olan lobbi təşkilatları da tədricən öz bizneslərini işğalçı ölkədən geri çəkirlər.
İnqilabçı lider Nikol Paşinyanın ölkənin iqtisadi dirçəlişi üçün heç bir iş görə bilməməsi reallığının ortada olması işğalçı ölkədə yenidən etiraz aksiyalarını aktuallaşdırıb. Belə ki, artıq bir müddətdir ki, yenidən İrəvanda iqtisadi islahatlar və sosial durumun yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçirilir. Sadə xalq kütlələrinin tələbini yerinə yetirməkdə, ölkənin iqtisadi inkişafı istiqamətində müəyyən addımlar atmaqda aciz görünən Paşinyanın səriştəsizliyi artıq beynəlxalq aləmə də tam aydın olub. Elə bu səbəbdəndir ki, Paşinyan xarici siyasət sahəsində hələ ki. yerində saymaqla məşğuldur. Hakimiyyəti zəbt etdikdən sonra yalnız iki səfər reallaşdıran Nikol bunlardan birini Rusiyaya, digərini isə Gürcüstana reallaşdırıb. Demək olar ki, hər iki səfər də Nikol üçün uğursuz olub. Belə ki. hakimiyyəti zəbt etmədən öncə Rusiya ilə münasibətlərə yenidən nəzər salacağı, daha çox Qərblə münasibətlərə üstünlük verəcəyini vəd edən Paşinyan elə şimal qonşumuzun torpağına ayaq basar-basmaq erməni xislətinə uyğun olaraq ikiüzlülüyünü, qeyri-səmimiliyini ortaya qoydu. Rusiya ilə əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğunu açıqlayan Paşinyan bununla da Qərbdə özünə qarşı mənfi imic formalaşdırdı desək yanılmarıq. Çünki Qərbdə hesab edirdilər ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi ilə Cənubi Qafqazın bu ölkəsi də Rusiyanın təsir dairəsindən çıxacaq və beləliklə Qərbin regionda mövqeləri möhkəmlənəcək. Lakin Ermənistanın ayaqda qalmasının Rusiyasız qeyri-mümkün olduğunu dərk edən Paşinyan bir neçə həftə əvvəl verdiyi açıqlamaların ziddinə gedərək Sərkisyan kimi Kremlin qucağında oturmağı daha üstün tutdu. Bu səbəbdən artıq Qərbdə Ermənistanın yeni baş naziri barədə qeyri-ciddi münasibət formalaşıb. Bu arada Paşinyanın Rusiyanın təşəbbüsü olan Abxaziya dəmir yolu xəttinin yenidən bərpa olunması istiqamətindəki səyləri də çox güman ki, reallaşmayacaq. Çünki sözügedən xəttin bərpası Ermənistan qədər Rusiya üçün də əlverişli sayıla bilər. Ancaq indiki vaxtda, Qərbin Rusiyaya qarşı təzyiqlərin artdığı ərəfədə Moskvanın iqtisadiyyatına müəyyən mənada, cüzi də olsa belə bir nəfəsliyin açılması təbii ki, Qərbin maraqlarına ziddir. Ona görə də heç şübhəsiz ki, Qərb Rusiyanın əli ilə sözügedən dəmir yolu xəttinin reallaşmasına, bərpasına mane olacaq və beləliklə, Paşinyanın daha bir cəhdi uğursuzluqla nəticələnəcək.
Ümumiyyətlə, Nikol Paşinyan hakimiyyəti zəbt etdiyi gündən özünün ifşası ilə məşğuldur ki, bu da Qərbdə o qədər də xoş qarşılanmır. Nikolun bir-birini təkzib edən açıqlamaları, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələdə tutduğu qeyri-konstruktiv və aqressiv mövqe, eləcə də bu problem barədə məlumatsız olmasının üzə çıxması Nikolun kifayət qədər ifşasına yol açıb. Özündən əvvəlki hakimiyyəti Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə kəskin tənqid edən Paşinyanın indi münaqişənin həlli ilə bağlı aparılacaq danışıqlar prosesində Serj Sərkisyandan yardım istəməsi Nikolun Ermənistan cəmiyyəti üçün nə dərəcədə uğursuz və səriştəsiz biri olduğu reallığını ortaya qoyur. Qısa müddətdə özünün sürətli dərəcədə ifşasına nail olan Paşinyanı çox güman ki, yaxın vaxtlarda Sərkisyanın taleyi gözləyir. Çünki Nikol erməni cəmiyyətinin ona olan ümidlərini doğrulda bilmir.
Süleyman