"Mənə qarşı ağır sözlərin yazılmasına bəzi jurnalistlər imkan yaradır" - Hadi Rəcəbli ƏSƏBLƏŞDİ

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli xadimə, qabyuyan və fəhlələrin sığortaya cəlb edilməsi barədə fikirlərinin sosial şəbəkələrdə etirazla qarşılanmasına münasibət bildirib.

Hadi Rəcəbli Milli Məclisin bu gün keçirilən plenar iclasından sonra parlamentdə akkreditisiya  olunan jurnalistləri bir araya toplayaraq, bu barədə onlarla söhbət edib. 

Söhbət zamanı Hadi Rəcəbli fikirlərinin sosial şəbəkədə qalmaqal yaratmasından əsəbiləşdiyini vurğulayaraq, buna görə jurnalistləri günahlandırıb:

"Axı mən ne demişəm? Niyə mənim fikirlərim bu qədər qalmaqala səbəb olur? Mən də hamının dediyi fikirləri söyləyirəm. Jurnalistlər fikirlərimi başlıqlara çıxaran zaman təhrif edirlər. Mən buna görə həmin jurnalistlərdən narazıyam. Sosial şəbəkələrdə mənə qarşı ağır sözlərin yazılmasına bəzi jurnalistlər imkan yaradır".

Komitə sədri bundan sonra həmin jurnalistlərə müsahibə verməyəcəyini söyləyib. 

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31