Əli Kərimlinin siyasi erası bitir
31 May 2018 17:05 SiyasətAXCP sədrinin ic üzü açıldı
Bir müddət öncə AXCP sədri Əli Kərimlinin oğlunun Londonda eyş-işrətlə məşğul olmasını təsdiq edən şəkillərin sosial şəbəkələrdə yer alması ölkə vətəndaşlarını ciddi düşünməyə vadar etmişdi. Əcaba, heç bir gəlir mənbəyi olmayan, on illərdir ki, işsiz-gücsüz həyat tərzi sürən Əli Kərimlinin oğlu xarici ölkədə hansı pullarla özünə dəbdəbəli həyat şəraiti qurub? Siyasi təşkilat sədrinin bahalı maşını, cangüdənləri hansı mənbədən maliyələşir, sosial şəbəkələrdə cəmləşən cəbhəçilər hansı vəsit hesabına dövlətə, millətə qarşı antifəaliyyət qurublar? Artıq cəmiyyəti narahat edən çoxsaylı suallara aydınlıq gəlməkdədir. Daha doğrusu, indiyə qədər Əli Kərimlinin xarici antiAzərbaycan qüvvələrinin maliyyə mənbələri hesabına ölkədə sabitliyi pozmaq, hətta hakimiyyəti qəsb etmək iddiasında olmasının qaynaqları məlum olmaqdadır.
Təsdiqlənmiş məlumata görə, Moskvada yaşayan AXCP fəalı Rüstəmov Saleh Məhərrəm oğlu və onun yaxın qohumu Rüstəmli Vidadi Valeh oğlu Əli Kərimlinin yalnız özünə və ailəsinə fayda gətirən siyasətinə dəstək üçün külli miqdarda vəsait toplayaraq Bakıya göndəriblər. S. Rüstəmovun həmin qurumun Rusiyada əlaqələndiricisi kimi partiyanın fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi məqsədilə şəbəkə formalaşdırıb. Beləliklə 2016-cı ilin martından 2018-ci ilin martına kimi ümumilikdə Rusiyadan AXCP üçün 411.952 ABŞ dolları məbləğində pul vəsaitləri göndərilib. 2018-ci ilin mart ayında həmçinin Bakıda keçirilən mitinqlərdə istifadə məqsədilə Polşada yaşayan qardaşı oğlu Sayqın Rüstəmov vasitəsilə bir ədəd mikrofon, bir ədəd videokamera, bir ədəd kalonka aldıraraq Vidadi Rüstəmli tərəfindən AXCP üzvü Təzəxan Mirələmliyə çatdırıb. Əslində Əli Kərimlinin bu maliyyə qaynağı yekanə fakt deyil. Onun rahatlığı və komfort həyat tərzi üçün xarici ölkədən, xüsusən Rusiyadan gələn pul axını bununla bitmir. Bir müddət öncə AXCP təmsilçisi Gözəl Bayramlının Gürcüstandan qayıdarkən əşyalarının arasında bəyan edilməmiş 12 min dollar pul aşkar edilmişdi. Bu kimi coxsaylı faktlar Əli Kərimlinin xaricdə fəaliyyət göstərən erməni lobbisindən də pil aldığını təsdiq etməyə əsas verir.
Maraqlıdır, bəs bu insanların fədakarlıq və risk edərək, Azərbaycan qanunlarını pozaraq siyasi bir liderə ötürdükləri həmin böyük vəsaitləri Əli Kərimli hansı məqsədlərə xərcləyib? Xatırladaq ki, Əli Kərimli sosial şəbəkələrdə sözügedən şəxslər tərəfindən ona maddi yardım edildiyini etiraf edib. Üstəlik bəyan edib ki, həmin pulları "siyasi məhbus" olan cəbhəçilərin özlərinin və ailələrinin gündəlik tələbatlarının ödənilməsinə xərcləyib. Daha doğrusu, guya ona ötürülən pulları həbsdə olan "silahdaşlarının" yemək-işmək xərclərinə yönəldib. Maraqlı bur sual yaranır, məyər həbsxanadakı cəbhəçilərin gündəlik məişət tələbatları dövlət hesabına ödənilmirmi? Yaxud, doğrudanmı Əli kərimli həbsdə yatan "əqidədaşlarına" 412 min manat pul xərcləyib? Şübhəsiz ki, Əli Kərimliyə ötürülən pulların heç bir rəsmi sənədi yoxdur, heç bir maliyyə hesabatı aparılmayıb. İqtidarı korrupsiya və rüşvətxorluqda ittiham edən partiya sədri məhz bu boşluqdan istifadə edərək əldə etdiyi pulları şəxsi maraqlarına yönəldib. Üstəlik, kasıb, sıravi cəbhəçiləridən üzvlük haqqı yığaraq Londonda məskunlaşmış ailə üzvlərinin ehtiyaclarına sərf edib. Dağıdıcı müxalifətin "lideri" fırıldaqçı, oyunbaz AXCP sədri Əli Kərimlinin bu vaxta qədər həyata keçirdiyi mitinq taktikası da məhz ona ötürülən çirkli pulların "yuyulmasına" xidmət edib. Dəfələrlə rayonlardın mitinqlərə dəvət edilən sıravi cəbhəçilər onalara vəd edilən vəsaitin mənimsənildiyi barədə açıqlama veriblər. Elə bu səbədən də əksər cəbhəçilər sonuncu aksiyalara qoşulmaqdan imtina ediblər. Çünki, aydın olub ki, sıravi cəbhəçilərin heç bir ehtiyacları qarşılanmadığı halda, aksiyalara ayrılan pullar AXCP sədrinin İngiltərədə yaşayan ailə üzvlərinin təminatlı yaşam tərzini təmin etmək üçün xərclənib. Yeri gəlmişkən xatırladaq ki, mitinq-şoular Avropa ölkələrinə getmək istəyən cəbhəçilər üçün gözəl imkan açırdı. Onlar mitinqlərdə şəkil çəkdirirlər, bunu sosial şəbəkələrdə yayıb müxalif olduqlarını, guya hakimiyyət tərəfindən təzyiqlərə məruz qaldıqlarını göstərirlər. Sonra da mühacir alverindən çoxlu pul qazanan Ə.Kərimliyə yaxşıca pul verərək AXCP-nin vəsiqəsini alıb o ölkələrə üz tuturlar. Məhz bu kimi maliyyə mənbələri hesabına Əli Kərimli mənzil, bahalı avtomobillər, cangüdənlər, qəzetlər, muzdlu yazarlar dəstəsinə sahib olub. Artıq onun çirkin əməlləri sadə cəbhəçilər arasında ciddi narazılığı səbəb olduğu barədə məlumatlar yayılmaqdadır. Sıravi cəbhəçilər nəhayət dərk ediblər ki, AXCP lideri Əli Kərimli onlardan istifadə edərək öz şəxsi maraqlarını təmin etməyə nail olub. Heç şübhəsiz ki, yaranmış vəziyyət Ə.Kərimlinin partiya sədrliyindən uzaqlaşdırılması ilə conunclanacaq.
Zəka