Əkin sahələrinin yandırılmasının qadağan edilməsinin səbəbi açıqlandı
Milli Məclisin plenar iclasında Torpaq Məcəlləsinə əkin sahələrinin yandırılmasını qadağan edən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas bunun anlaşılmaz olduğunu bildirib. O, deyib ki, torpağı yandıranda orada olan cücülər, ziyanvericilər məhv olur. "Yanan hissə gübrəyə çevrilir. Bunun ziyanının nə olduğunu anlamıram. Aydınlıq gətirilsin ki, bu qadağa niyə tətbiq edilir?”.
31 May 2018 15:35 SiyasətMilli Məclisin plenar iclasında Torpaq Məcəlləsinə əkin sahələrinin yandırılmasını qadağan edən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas bunun anlaşılmaz olduğunu bildirib. O, deyib ki, torpağı yandıranda orada olan cücülər, ziyanvericilər məhv olur. "Yanan hissə gübrəyə çevrilir. Bunun ziyanının nə olduğunu anlamıram. Aydınlıq gətirilsin ki, bu qadağa niyə tətbiq edilir?".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, mütəxəssislər torpağın yandırılmasının əleyhinədir: "Torpağın üz qatının yandırılması olduqca ziyanlıdır. Samanın torpaqla qarışdığı zaman verdiyi mineral effekt yanan zaman olmur. Dəyişikliyin izahı budur... Ziyanvericilərlə bağlı məsələyə gəldikdə isə o elə bir şeydir ki, yandırmaqla düzələn deyil, qaçıb gedirlər. Həmin ziyanvericilərlə mübarizənin ayrıca üsulları var".