Fuad Muradovu Ülvi Quliyev əvəz etdi

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında parlamentin Gənclər siyasəti və idman komitəsinin sədri vəzifəsinə deputat Ülvi Quliyev təsdiq edilib.

Milli Məclisin mayın 31-də  keçirilən plenar iclasında parlamentin Gənclər siyasəti və idman komitəsinin sədri vəzifəsinə deputat Ülvi Quliyev təsdiq edilib.

"Olaylar"ın xəbərinə görə, Ü.Quliyev komitədə indiyədək sədrin müavini vəzifəsini icra edib. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə parlamentin Gənclər siyasəti və idman komitəsinin sədri Fuad Muradov Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31