Nazim İbrahimov sədr təyin edildi
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının sədri seçilib.
31 May 2018 14:18 SiyasətAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının sədri seçilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumata görə, Mərkəzin həmsədrləri İsmayıl Serageldin və Vaira Vike-Freyberqdir.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.
Mərkəz 30 sentyabr 2012-ci ildə Gəncədə təsis edilib.Təşkilatın qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə Heyətidir.