Mikayıl Cabbarov Şamaxıda qəbul keçirib
30 May 2018 15:33 SiyasətMayın 30-da vergilər naziri Mikayıl Cabbarov Şamaxı şəhərində 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Şamaxı, Ağsu və Qobustan rayon sakinləri iştirak edib.
Nazirlikdən "Olaylar"a bildirilib ki, qəbulda vətəndaşlar əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi, vergi inzibatçılığı və digər məsələlərlə əlaqədar müraciət ediblər. Görüşdə vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31