Putin Azərbaycana silah satışı barədə nə deyib? – Paşinyandan açıqlama

"Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə yol sülh yoludur. Bu, real həllə gətirib çıxara bilər. Güc yolu ilə həll variantı yoxdur. Düşünürəm ki, bu, yalnız Ermənistanın deyil, həm də Rusiyanın prinsipial mövqeyidir". Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya mediasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə Soçi şəhərində görüşü zamanı Qarabağ münaqişəsi ətrafında aparılan müzakirələr barədə danışarkən deyib.

"Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə yol sülh yoludur. Bu, real həllə gətirib çıxara bilər. Güc yolu ilə həll variantı yoxdur. Düşünürəm ki, bu, yalnız Ermənistanın deyil, həm də Rusiyanın prinsipial mövqeyidir".

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya mediasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə Soçi şəhərində görüşü zamanı Qarabağ münaqişəsi ətrafında aparılan müzakirələr barədə danışarkən deyib.

O, Rusiyanın Azərbaycana silah satışına dair suala cavabında ikitərəfli danışıqların detallarını açıqlamayacağını bildirib: "Əlbəttə, biz silah satışı mövzusuna da toxunduq. Bu barədə konstruktiv müzakirə apardıq. Amma Putinin bu haqda nə danışdığını deyə bilmərəm".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31