"İvan Qroznının dəhşət saçan təhlükəsizlik xidməti yenidən xortlayıb..."

Rusiya haqqında ən çox qonşu ölkələrin KİV-ləri yazır. Ona görə ki, qonşuları bu ölkədən qorxurlar. Rusiya faktiki olaraq Uzaq Şərqdən, Şərqi Avropaya, Qafqazdan  Skandinaviyaya, Mərkəzi Asiyaya qədər qonşu olduğu ölkələr üçün təhlükəli, qorxunc bir ölkə olaraq qalır. Moderator.az Rusiyanın qonşusu İsveçin "Svenska Dagbladet" nəşrinin müəlliflərindən olan Maqnus Yunqqrenin 29 mayda dərc olunmuş məqaləsini diqqətinizə çatdırır:"Krımı işğal etməyin ardınca Ukraynada mənasız müharibə və KİV-də həyasızcasına yalan informasiya kampaniyasını başladı. Artıq o vaxtdan dörd il keçib. Rusiya özünə qapanıb. O, öz dəhşətli keçmişi ilə  vidalaşmaqdan imtina edir, bunun əvəzinə qaykaları daha bərk sıxdı, sovet dövrü ilə bağlı nostaljini qanuniləşdirdi və  "Memorial"a( SSRİ dövrü siyasi repressiyaları tədqiq edən qeyri-hökümət təşkilatı)  xarici agent damğası vurdu. 1990-cı illərdə, Yeltsin dövründə marginallaşan ekstremist yazıçılar diqqət mərkəzinə çıxdılar,  liberalları isə cəmiyyətin küncünə sıxışdırdılar.

Bütün bunlar o deməkdir ki, millət ağır xəstə və təhlükəlidir, həm özü, həm də ətrafındakılar üçün təhlükəlidir.  Vladimir Sorokinin 2006-cı ildəki  "Opriçnikin günü" kitabındakı satirik rəsmlər demək olar ki, reallığa çevrilib. Sorokin özünü  dünyadan  təcrid etmiş millət haqqında danışır. Bu "Yeni Rusiya"da orta əsrləri müasir texnologiyalarla uzlaşdırırlar. İvan Qroznının  dəhşət saçan təhlükəsizlik xidməti yenidən xortlayıb, amma indi onun sərəncamında mürəkkəb rəqəmsal alətləri var.

Dövləti hər yerə burnunu soxan, qəribə olsa da  anonim  Hökmdar idarə edir. Polis müntəzəm olaraq "beşinci kalonçuları" üzə çıxarır-  bu sözü ilk dəfə məhz Putin Krımın işğalından  sonra proqram xarakterli nitqində işlədib. İş o yerə çatıb ki, qoca millətçi-nevrotik İvan İlyin Kremlin məsləhətçisi olub. Kim təxmin edə bilərdi ki, bu mühacirətdəki məşhur bədnam mütəfəkkir , Ziqmund Freydin xəstəsi, hətta Göbbelsdən sitat gətirən, yenidən Kremldə yerini tutacaq. Yeri gəlmişkən,  onun atası da nə vaxtsa Kremldə böyüyüb.Xırdalar da, nəhənglər də  Putin Rusiyasında demək olar ki, Qoqolvari toqquşurlar. Siyasi idiotizm millətin yolgöstərən ulduzuna çevrilib.Bu il Moskvada  Andrey Belıya həsr olunmuş beynəlxalq simpozium keçirilib. Günlərin birində qonaqlar  tədbirin səbəbkarının abidəsinin açılış mərasimində iştirak etmək üçün Kuçinoya( Belıy orda həyatına son verib) səfər etdilər. Hansısa nüfuzlu yerli adamlardan biri  deyirdi ki, Belıyı  yerli cəmiyyət etibarlı şəkildə dəstəkləyirdi. Əslində isə,  Stalin terrorunun davam etdiyi  zaman onun üçün dəhşətli dövrü idi.Simpozium iştirakçıları sona qədər siyasət haqqında danışmamağa çalışırdılar. Amma forumun sonunda yerli məruzəçilərdən biri dözməyib Belıyın Avropanı simvolizə etdiyini vurğuladı və özündə cəsarət tapıb Putinin Rusiyanı  bağlamaq cəhdindən, onu ayırıb hansısa milli "avrasiya"ya çevirməyindən şikayətləndi. Onu  demək olar ki, yekdilliklə bəyəndilər və gözlənilmədən alqışlar qopdu.. Çoxdan belə kədərli mənzərə olmamışdı. Lakin təcrübə məni öyrədib ki, heç vaxt təslim olmayım. Xeyli yeni kitablar yaranır. Hər zaman başqa bir  Rusiya da mövcud olub və o, müqavimət göstərib, heç olmasa ədəbiyyatda, ola bilsin haradasa başqa bir yerdə də. Bunu yadda saxlamaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31